main-post-cover

    Galaxy Watch'un rəsmi fotosu təqdimatdan öncə sızdırıldı

    Elm & Texnologiya
    24.07.2018
    Farid Pardashunas
        Galaxy Note 9-dan fərqli olaraq onunla eyni gündə təqdim olunması gözlənilən Galaxy Watch cihazı barəsində demək olar ki, heçnə məlum deyil. Güman olunur ki, smartfon ilə saat eyni tədbirdə təqdim olunacaqlar. Bugün isə Galaxy Watch-un rəsmi fotosu yayılıb. Fotonu Samsung şirkəti özü təsadüfən internetə sızdırıb. Lakin şirkət tez bir zamanda fotonu pozub. Yayılmış fotoda 42 mm ölçülü və çəhrayı rəngdə olan Galaxy Watch əks olunub. Fotoda cihazın ölçüsünün qeyd olunması o deməkdir ki, şirkət Galaxy Watch-un 2 versiyasını satışa çıxarda bilər. Təəssüflər olsun ki, smart saat haqqında olan bütün məlumatlar bundan ibarətdir. Bütün əlavə məlumatlar Samsung Unpacked tədbirində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, tədbir 9 Avqust tarixində baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər