Gələn ildən başlayaraq Whatsapp daxilində reklam elanları göstəriləcək
Elm & Texnologiya
23.05.2019
Emil Nəcəfov
Whatsapp pulsuz tətbiq olsa da Facebook şirkəti onun daxilinə reklam elanlarını əlavə edərək messenceri gəlirli etmək istəyir. Beləliklə gələn ildən başlayaraq messencer daxilində reklam elanları istifadəçilərə göstəriləcək. Bu barədə Gagadget saytı xəbər verib. Reklam elanları Instagram Stories-də olduğu kimi Whastapp-ın statuslar bölməsində təqdim olunacaq.
Reklam elanı ekranı tamamilə əhatə edəcək və reklamda olan şirkətin adını əks etdirəcək. İndiki halda məlum deyil ki, Facebook şirkəti reklam elanlarını statuslar bölməsindən başqa yerə yerləşdirəcək yoxsa yox. Şirkət həmçinin messencer daxilində alış-veriş prosesini də sadələşdirmək niyyətindədir. Beləliklə məhsullardan ibarət kataloqlara baxmaq və brauzerə daxil olmadan həmin kataloqları dostlara göndərmək mümkün olacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!