Logo
    main-post-cover

    Gələn ilki mobil Snapdragon prosessoru desktop nüvələrini əldə edəcək

    Elm & Texnologiya
    25.10.2023
    Emil
         Bugün Qualcomm şirkəti Snapdragon 8 Gen 3 ilə yanaşı həmçinin Snapdragon X Elite adlı yeni desktop prosessorunu da təqdim etdi. Sözügedən prosessorun tərkibini Qualcomm-un Oryon adlı fərdi nüvələri təşkil edirlər. Lakin şirkət həmin nüvələri həmçinin mobil Snapdragon prosessorlarına da inteqrasiya etmək niyyətindədir. Bu barədə planlarını Qualcomm təqdimat çərçivəsində bildirib. Şirkət təmsilçiləri bildiriblər ki, Oryon nüvələri 2024-cü ildə təqdim ediləcək yeni mobil Snapdragon prosessoruna inteqrasiya ediləcəklər. Bunun hansı prosessor olacağı barəsində məlumat verilməyib. Lakin çox güman ki, söhbət, Snapdragon 8 Gen 4-dən gedir. Bunun olacağı halda gələn ilki yeni mobil Snapdragon prosessoru Apple şirkətinin mobil prosessoruna ciddi rəqib ola bilər.
    Paylaş