Google Chrome'a cookie faylların izlənməsini məhdudlaşdıracaq funksiya əlavə oluna bilər
Elm & Texnologiya
07.05.2019
Farid Pardashunas
Yaxın zamanda Google Chrome brauzerinə cookie faylların izlənməsi barəsində məlumatları təqdim edəcək və həmin faylların yığılmasını məhdudlaşdıracaq yeni funksiya əlavə edilə bilər. Bu barədə The Wall Street Journal saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən sözügedən funksiya 6 ildən çoxdur ki, hazırlanır.
Bu funksiyanın hazırlanması zamanı Google şirkəti reklam şirkətərinin rəhbərlərindən yeni funksiyanın istifadəyə veriləcəyi vaxtda yaşana biləcək gözlənilməz nəticələr üzrə konsultasiya alıb. Hal hazırda cookie fayllar targetinq reklam və maraqlar üzrə reklamlarda çox vacib rolu oynayırlar.
Belə ki, həmin fayllar özlərində istifadəçilərin özəl ayarları və üstünlükləri barəsində məlumatları birləşdirirlər. Ən məşhur brauzerdə həmin məlumatların əldə olunmasının məhdudlaşdırılması isə öz növbəsində marketoloqların öz strategiyalarını yenidən gözdən keçirtməyə səbəb olacaq. Chrome brauzeri üçün nəzərdə tutulmuş bu yeni funksiya artıq yaxn zamanda təqdim oluna bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!