main-post-cover

    Google gələn həftə süni zəka vasitəsilə axtarış mövzusuna həsr edilmiş xüsusi tədbir keçirdəcək

    Elm & Texnologiya
    03.02.2023
    Farid Pardashunas
        Google gələn həftə xüsusi tədbir keçirdəcək və həmin tədbir çərçivəsində axtarış və süni zəka texnologiyaları barəsində danışacaq. Planlaşdırılan tədbir Parisdə baş tutacaq. Tədbirin keçirilmə tarixi isə 8 fevraldır. 8 fevral tarixində baş tutacaq tədbir çərçivəsində Google süni zəka imkanları vasitəsilə axtarış, analiz və insanların məlumatlarla qarşılıqlı əlaqələrini necə dəyişəcəyi barəsində danışacaq. Bununla yanaşı şirkət bildirib ki, məlumatları axtarmaq prosesi əvvəlkindən daha təbii və intuitiv olacaq. Qeyd etmək lazımdır ki, keçən ilin sonunda istifadəyə verilmiş süni zəka əsaslı ChatGPT çat-botu Google şirkətinin narahatçılığına səbəb oldu.
        Şirkət rəhbərliyi və əməkdaşları düşünürlər ki, sözügüdən çat-bot şirkətin axtarış sistemləri bazarındakı liderliyini əlindən ala bilər. Buna görə də Google son həftələr süni zəka sahəsində yeni məhsullarının hazırlanmasına aktiv start verib. Google şirkətinə digər böyük zərbəni Microsoft vura bilər. Belə ki, Microsoft OpenAI şirkətinin ChatGPT texnologiyasında yüksək potensial görərək şirkətə külli miqdarda investisiya yatırmağa hazırlaşır. Həmçinin ortaya çıxmış yeni məlumatlara əsasən Microsoft yaxın həftələrdə ChatGPT-nin yeni versiyasını özünün Bing axtarış sisteminə inteqrasiya etməyi planlaşdırır.
        Lakin Micrsofot ChatGPT-ni təkcə Bing-ə inteqrasiya ilə kifayətlənmək niyyətində deyil. Şirkətin planları arasında süni zəka əsaslı çat-botun digər servislərə inteqrasiyası da var. Onlara misal olaraq Teams-i və ya Word platformasını gətirmək olar. Google şirkətinin gələn həftə keçirəcəyi tədbir barəsində ətraflı məlumat yoxdur. Heç istisna deyil ki, şirkət tədbir çərçivəsində artıq mövcud olan servislərinin yeni imkanları barəsində danışsın. Belə ki, Google şirkətinin Maps Translate kimi servislərinə süni zəka alqoritmləri aktiv şəkildə inteqrasiya edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər