
Google Glass geri qayıdır. Yeni versiya təqdim olundu (VİDEO)
Elm & Texnologiya
18.07.2017
“Google” həmişə nəticə etibarilə anonsu olmayan və satışa çıxmayan müxtəlif cihazlar hazırlayır.
Buna misal olaraq Nexus Q mediapleyerini və Google Glas eynəklərini
gətirmək olar. Google Glass eynəyi ilk dəfə 2013-cü ildə təqdim olunmuşdu və o
həqiqətən də innovasiyalı cihaz hesab edilirdi. Lakin buna baxmayaraq sözügedən
cihaz o qədər də böyük məşhurluq əldə etmədi və şirkət onu təkmilləşdirmək üçün
bir müddət bu layihəni dondurdu. 2 il ərzində internetdə bu cihazın yeni
versiyası ilə bağlı şaiyələr gəzirdi. Lakin indi şirkət bu layihəni yenidən
geri qaytarmağı qərara aldı. Bir çoxları Google Glass eynəyinin tamamilə dəyşdirilmiş
versiyasını gözləyirdilər. Şirkət isə müəssisələr üçün köhnə versiyanı sadəcə
olaraq bir qədər təkmilləşdirib. Yeni versiya, Google Glass Enterprise Edition
adlanır. Bu versiya, köhnədən bir sıra özəlliklərinə görə fərqlənir.
Belə ki, yeni versiyanın linzaları istənilən təhlükəsizlik
eynəklərinə və maskalarına birləşdirilə bilər. Cihazın çərçivəsində olan kamera
düyməsi, 2 funksiyanı yerinə yetirir. Həmin funksiyalardan biri, Glass Pod adlı
elektronik hissəni, çərçivədən ayırmağa imkan verir. Daha sonra həmin hissəni,
təhlükəsizlik eynəyinə və ya maskaya birləşdimək olar. Yeni texniki özəlliklər
arasında isə daha güclü prosessor, 8 MP-lik kamera və 8 saata kimi çalışmaq
var. “Boeing” şirkətinin
işçiləri artıq Google Glass Enterprise Edition versiyasını sınaqdan keçirdiblər.
Onların sözlərinə əsasən bu eynəklərlə çalışmaq daha asan və rahatdır. Sözügedən
aviaşirkət əməkdaşları gözlərinin qarşısında lazımi təlimatları görə və
operator onlara səsli ismarıc göndərdikləri vaxtda onların, operatora foto göndərmələrini
reallaşdıra bilirlər. Hal hazırda Google Glass eynəklərinin yeni versiyası
yalnız müəsssələr üçün nəzərdə tutulub. Adi istifadəçilər üçün də bu eynəklərin
istehsal olunub-olunmayacağı isə hələki bilinmir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...