
'Google', 'HTC'nin bir hissəsini, 1.1 milyard dollara aldı
Elm & Texnologiya
21.09.2017
Artıq uzun müddət idi ki, internetdə “Google” şirkətinin, məşhur smartfon istehsalçısı “HTC”nin bir hissəsini və ya tamamilə alması haqqında şaiyələr gəzirdi.
İndi isə bu şaiyələr hər iki şirkət
tərəfindən təsdiqləndi. Belə ki, hər iki şirkət, dəyəri 1.1 milyard dollar olan
müqavilə bağlayıblar. Müqaviləyə əsasən “HTC”nin tədqiqat şöbəsində çalışan bir
sıra işçi, “Google”a keçib. Onlardan bəziləri daha öncə Pixel modeli
smartfonların istehsalı zamanı “Google” ilə əməkdaşlıq ediblər. Bununla yanaşı
bu müqavilə əsnasında “Google”, “HTC”nin intellektual mülkiyyətindən istifadə
etmək hüququna sahib olur.
“Smartfon bazarının birincilərindən olaraq biz öz innovasiyalarımızın tarixi ilə fəxr edirik. IP portfeli, dünya səviyyəli istedadları və sistem inteqrasiyası imkanlarını özündə birləşdirən tayı-bərabəri olmayan smartfonlar zəncirimiz, Android bazarında yerini möhkəmlətməkdə “Google”a yardımçı olub. Bu əməkdaşlıq, “Google”ın öz aparat biznesini inkişaf etdirməyə, bizim HTC smartfonlarımızda və Vive virtual reallıq cihazlarında innovasiyaların təmin edilməsinə imkan verən parlaq bir addımdır. Biz düşünürük ki, HTC, bizim dəyərli innovasiyalar irsimizin dəstəklənməsi və yeni nəsil cihazların potensiallarının reallaşdırılması üçün yaxşı imkanlara sahibdir” – deyə şirkətin sədri və baş aparıcı direktoru Cher Wang bildirib.
Qeyd etmək lazımdır ki, bu müqavilənin
bağlanmasına baxmayaraq “HTC”, öz brendi altında smartfon və virtual reallıq
cihazlarını istehsal etməyə davam edəcək. İlin sonuna kimi şirkət daha bir
flaqman modelin təqdim ediləcəyinə söz verib. Bununla yanaşı bilmək lazımdır
ki, keçən ilki Pixel və Pixel XL modellərini məhz “HTC” istehsal etmişdi.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...