Google özünün Apple Health analoqunu hazırlayır

Google özünün Apple Health analoqunu hazırlayır

Texnologiya
02.07.2021 PAYLAŞIM

    Google şirkətinin hələ anons olunmamış yeni tətbiqinin ilk screenshot fotoları internetdə ortaya çıxıb. Sözügedən tətbiq Android istifadəçilərinin səhhətləri barəsində məlumatların saxlanması üçün nəzərdə tutulub. Ortaya çıxmış screenshot fotolar vasitəsilə tətbiqin dizaynını və baza funksiyalarını qiymətləndirmək olar. İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin bu tibbi tətbiqinin əsas özəlliklərindən biri də istifadəçinin öz səhhəti barəsində məlumatları yaxınları və həkimləri ilə bölüşmək olacaq.


    Bundan əlavə olaraq istifadəçilər tibbi kartda mövcud olan məlumatlara əlavələr edərək onları aktuallaşdıra biləcəklər. Məlumata əsasən hal hazırda Google Health tətbiqi beta test mərhələsindədir. Ortaya çıxmış screenshot fotolara əsasən demək olar ki, tətbiqin dizaynı Google Fit tətbiqinin dizaynına bənzəyir. Bu isə hər iki tətbiqin vahid ekosistemə inteqrasiya ediləcəyindən xəbər verir. Google şirkətinin özü isə bu cür platforma üzərində çalışdığını hələ rəsmi şəkildə elan etməyib. Tətbiqin nə zaman istifadəyə veriləcəyi barəsində də bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×