Google Pixel 3 XL modelinin real fotoları və videosu sızdırıldı (VİDEO)
Elm & Texnologiya
09.08.2018
Emil
Google Pixel 3 XL smartfon modelinin real fotoları təqdimatdan
2 ay öncə internetdə sızdırıldı. Sızdırılmış fotolarda Clearly White rəngli
smartfon əks olunub. Məlumata əsasən fotolardakı smartfon satışdan öncəki versiyadır
və cihazın final versiyası ondan cüzi fərqlənə bilər. Bununla belə artıq
smartfonun xarici görünüşü barəsində dəqiq təsəvvür var. Maraqlısı ondadır ki,
sızdırılmış fotolarda smartfon qutusunun daxilində USB Type-C girişli
qulaqlıqlar var. Bu isə o deməkdir ki, smartfon komplektində həmçinin
qulaqlıqlar da olacaq. Smartfon ekranının fotolarına əsasən demək olar ki,
Pixel 3 XL Android 9 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Gözləntilərə əsasən
Pixel 3 XL 8 nüvəli Snapdragon 845 prosessoru, 4 GB RAM və 2960x1440 piksel
keyfiyyətli ekranla təchiz olunacaq. Bununla yanaşı smartfonun unboxing videosu
da təqdim olunub.
Paylaş
Bənzər xəbərlər