Logo
    main-post-cover

    Google Pixel 4-ün real fotoları ortaya çıxdı

        Bugün Google şirkətinin yeni Pixel modelinin real fotoları ortaya çıxıb. Söhbət, Pixel 4 modelindən gedir. Telefon ekranında Sprint mobil operatorunun adının əks olunması isə o deməkdir ki, smartfonun fotolarını həmin mobil operatorun əməkdaşlarından biri çəkib. Bu barədə XDA-Developers saytı xəbər verib. Təqdim olunmuş fotolarda smartfonun ön və arxa panelini yaxşıca görmək olar.
        Beləliklə Pixel 4 modeli şüşə materialdan hazırlanmış gövdə, yuxarı hissəsində qalın çərçivəyə sahib ekran və arxa paneldən kvadrat sahənin daxilinə yerləşdiriləcək ikili kamera modulu ilə təchiz olunacaq. Təqdim edilmiş fotolar onu da təsdiqləyiblər ki, smartfon barmaq izi skanı texnologiyasına sahib olmayacaq. Onun yerinə Pixel 4 Face Unlock funksiyası üçün xüsusi ötürücü kamera ilə təchiz olunacaq.
        Son məlumat sızıntılarına əsasən Pixel 4 modeli 5.7 düym OLED ekran, Snapdragon 855 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 16 MP + 12 MP ikili arxa kamera və 2800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yeni Pixel seriyasının oktyabr ayında təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər