Google Pixel Tablet planşeti təqdim edilib - QİYMƏTİ

Google Pixel Tablet planşeti təqdim edilib - QİYMƏTİ

Texnologiya
11.05.2023 PAYLAŞIM

    Google şirkəti Google I/O 2023 konfransı çərçivəsində Pixel Tablet planşetini təqdim edib. İnsayderlərin öncədən də güman etdikləri kimi sözügedıən planşet səsgücləndiricilərə sahib xüsusi stansiya vasitəsilə Google Nest Hub smart ekranının bəzi funksiyalarını özündə birləşdirir. Pixel Tablet planşeti alüminium materialdan hazırlanmış gövdəni əldə edib. O, 2560x1600 piksel keyfiyyətli 10.95 düym IPS ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.


    Planşet özündə 4 ədəd səsgücləndiricini və 3 ədəd mikrofonu birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Pixel Tablet Google Tensor G2 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 8 MP-lik (f/2.0 diafraqma, 84 dərəcə bucaq əhatəsi) arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma, 84 dərəcə bucaq əhatəsi) ön kamera və 27 vatt saat-lıq batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən bu batareya vasitəsilə planşet video izləmə rejimində 12 saat ərzində çalışa bilir.

    Qeyd etmək lazımdır ki, planşeti kompakt ölçülü stansiyanın üzərində quraşdırıb Google Home düyməsinə klikləyəndənm sonra planşetin ekranında smart evin bütün cihazları əks olunacaq. Buna misal olaraq smart televizoru və ya smart tozsoranı gətirmək olar. Kompakt ölçülü stansiya özündə səsgücləndiriciləri birləşdirir və həmçinin şarj cihazı rolunda çıxış edir. Qeyd etmək lazımdır ki, Pixel Tablet Android 13 vasitəsilə çalışır. Planşet iyun ayının sonunda satışa çıxacaq. 128 GB yaddaşa sahib model 499$-a, 256 GB yaddaşa sahib model isə 599$-a satılacaq.



DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×