
Google şirkəti 4 oktyabr tarixində Google Pixel 8 smartfon seriyasını təqdim edəcək. Lakin sözügedən smartfon seriyası şirkətin yeganə yeni məhsulu olmayacaq. Belə ki, Google Pixel 8 smartfonları ilə yanaşı şirkət həmçinin Pixel Watch 2 smart saatını da təqdim edəcək. İndi isə şirkət sözügedən smart saatın yeni tizer videosunu təqdim edib. Təqdim edilmiş tizer videosu Pixel Watch 2-nin xarici görünüşünü sərgiləyir.
Videoda da görmək olar ki, Pixel Watch 2 modeli xarici görünüşcə keçən il təqdim edilmiş Pixel Watch-a bənzəyəcək. Yeni smartfon minimalistik dizaynı əldə edəcək və onun gövdəsi dairəvi formada olacaq. Smart saat özündə iki ədəd idarəetmə düyməsini birləşdirəcək. Son məlumat sızıntılarına əsasən Pixel Watch 2 smart saatı 384x384 piksel keyfiyyətli 1.2 düym OLED ekran ilə təchiz olunacaq və Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı Pixel Watch 2-nin 306 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir.