main-post-cover

    Google şirkəti Android 11-in yeni təqdimat tarixini elan etdi (VİDEO)

    Elm & Texnologiya
    06.05.2020
    Farid Pardashunas
        Koronavirus pandemiyası səbəbilə Google şirkəti özünün Google I/O 2020 tədbirini ləğv etməli oldu. Həmin tədbirdə yeni Android 11 əməliyyat sistemini təqdim etməli idilər. Lakin Google şirkəti Android-in yeni versiyasının təqdimatını təxirə salmaq niyyətində deyil. Buna görə də o, Android 11-in yeni təqdimat tarixini elan edib. Bu barədə Android Developers saytı xəbər verib. Beləliklə şirkət Android 11-i 3 iyun tarixində keçiriləcək The Beta Launch Show tədbirində təqdim edəcək. Sözügedən tədbir online formatda baş tutacaq. Bununla yanaşı təqdimatın keçiriləcəyi gündə həmçinin Android 11 Beta istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər