main-post-cover

    Google şirkəti Android'dəki faydalı funksiyalardan birini təkmilləşdirəcək

    Elm & Texnologiya
    22.07.2019
    Farid Pardashunas
        Hələ keçən ilin sonunda Google şirkəti Android əməliyyat sistemi üçün Fast Pair adlı funksiyanı təqdim etmişdi. Həmin funksiya smartfon ilə Bluetooth cihaz arasında sürətli qoşulmanı təmin edir. İndi isə Android Q əməliyyat sisteminin işıq üzü görməsinə az qalmış şirkət bu funksiyanın təkmilləşdirilməsi barəsində xəbər verib. Beləliklə bu funksiyanın təkmilləşdirilməsi sayəsində naqilsiz qulaqlıqlar ilə smartfon arasındakı qarşılıqlı əlaqə imkanları genişləndiriləcək.

        Bu barədə Digitaltrends saytına istinadən 4pda saytı xəbər verib. Android tərtibatçıları üçün olan xüsusi bloqda Google şirkəti naqilsiz qulaqlıqların dəstəyinin vacibliyini qeyd edib. Gözlənilən yeni özəlliklər siyahısında hər bir qulaqlığın və şarj keysinin enerji səviyyəsinin əks olunması var. Bu isə öz növbəsində cihazın enerji səviyyəsinin monitorinqini sadələşdirəcək və cihazın şarj edilməsinin lazımlığını bildirəcək. Fast Pair funksiyasında reallaşdırılacaq daha bir yenilik isə Find My Devices funksiyası sayəsində naqilsiz cihazın axtarışı olacaq.

        Cihazın itdiyi halda bu özəllikdən istifadə etmək mümkün olacaq. Beləliklə itmiş cihazın yerini və ondan sonuncu dəfə istifadə vaxtını təyin etmək mümkün olacaq. Cihazın yaxınlıqda olduğu halda isə onun tapılması üçün ona siqnal göndərmək olacaq. Google həmçinin Fast Pair funksiyasını dəstəkləyən cihazların siyahısını da genişləndirib.
    - 1More Dual Driver BT ANC
    - Anker Spirit Pro GVA
    - Anker SoundCore Flare+ (Speaker)
    - Cleer Ally Plus
    - Jaybird Tarah
    - JBL Live 220BT
    - JBL Live 400BT
    - JBL Live 500BT
    - JBL Live 650BT
    - LG HBS-SL5
    - LG HBS-PL6S
    - LG HBS-SL6S
    - LG HBS-PL5.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər