Google şirkəti Avropa komissiyasının cəriməsindən sonra Android'i ödənişli edə bilər
Elm & Texnologiya
19.07.2018
Farid Pardashunas
Biz dünənki xəbərimizdə bildirmişdik ki, Avropa komissiyası
Google şirkətini 4.3 milyard avro (5 milyard dollar) dəyərində cərimələyib.
Bunun səbəbi isə şirkətin antimonopoliya qanunvericiliyini pozması olub.
Komissiyanın qərarında bildirilib ki, Google şirkəti Android smartfonlar
bazarındakı hegemonluğundan istifadə edərək öz axtarış sisteminin və Chrome
brauzerinin inkişafına nail olub. Google şirkətinin CEO-su Sundar Pichai bu məsələ
ilə bağlı fikrini artıq bildirib. Avropa komissiyasının mütəxəssislərinin
fikrincə Google şirkəti Android smartfonlar bazarındakı hegemonluğundan təkcə
öz axtarış sisteminin və Chrome brauzerinin inişafı üçün istifadə etmir.
Bununla yanaşı şirkət həmdə smartfon istehsalçılarına da belə üsulla təsir
edir.
Məlumatda bildirilib ki, Google, öz Android versiyalarında smartfon
istehsal edən digər şirkətləri məhdudlaşdırır. Bundan əlavə olaraq şirkət rəqiblərin
servis və tətbiqlərini deyil öz məhsullarının smartfonlarda yerləşdirilməsi
üçün istehsalçılara və mobil operatorlara pul da ödəyir. İndi isə Google şirkəti
90 gün ərzində Avropa komissiyası tərəfindən təyin edilmiş cəriməni ödəməli və
komissiyanın şərtlərini yerinə yetirməlidir.
“Əgər smartfon istehsalçıları və mobil şəbəkə operatorları bizim tətbiqlərimizi öz geniş cihazlar siyahısına əlavə etməsələr, bu, Android ekosisteminin balansının pozulmasına gətirib çıxaracaq. Əməliyyat sisteminin hal hazırki biznes modeli bizə ondan istifadə üçün istehsalçılardan ödəniş almamağa və onun idarəolunan yayılma modelindən asılı olmamağa imkan verirdi. Biz narahatıq ki, bugünki qərar bizim Android ilə birgə yaratdığımız balansı pozacaq. Bu həmçinin açıq platformalara deyil, qapalı sistemlərin dəstəyinə olan narahatedici siqnaldır” – deyə Sundar Pichai bildirib.
Bundan əlavə olaraq o qeyd edib ki, Android əməliyyat sistemi ilə
birlikdə şirkət həm istehsalçılar həmdə istifadəçilər üçün geniş seçim azadlığı
verir. Lakin Avropa komissiyası bunu nəzərə almır. Sundar Pichai-nin sözlərinə əsasən
Avropa komissiyasının qərarı Android-in biznes modelinə təsir edə bilər.
Android-in istifadəyə verildiyi vaxtdan bəri Google şirkəti əməliyyat sistemini
tamamilə pulsuz yayırdı. Şirkət sadəcə olaraq smartfon stehsalçıları və mobil
operatorlardan öz tətbiq və servislərinin cihazlara inteqrasiyasını tələb
edirdi. Google şirkətinin əsas gəlir mənbəyi reklamlardır. Avropa
komissiyasının tələbləri isə bu imkanın üzərindən xətt çəkir. Bunun nəticəsində
şirkət Android-in gəlirli olmasının digər yollarını axtaracaq. Bu üsullardan
biri isə Android-dən istifadə üçün istehsalçılara lisenziya tətbiqi ola bilər.
Bu isə öz növbəsində smartfonların qiymətlərinə təsir edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ