main-post-cover

    Google şirkəti büdcəli Pixel 3a və Pixel 3a XL smartfonlarının təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    16.04.2019
    Emil Nəcəfov
        Son aylar ərzində internetdə olmuş bir çox məlumat sızıntılarından sonra Google şirkəti sonunda büdcəli Pixel 3aPixel 3a XL smartfon modellərinin təqdimat tarixini rəsmi olaraq elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Google Store online mağazasındakı elana əsasən yeni smartfonlar 7 may tarixində təqdim olunacaqlar. Son məlumat sızıntılarına əsasən Pixel 3a modeli plastik materialdan hazırlanmış gövdəyə, Full HD+ keyfiyyətli 5.56 düym OLED ekrana (ekran üzərində çıxıntı hissə olmyacaq), USB-C girişinə və 3.5 mm-lik audiogirişə sahib olacaq.

        Əsas texniki göstəricilər baxımından isə Pixel 3a modeli 8 nüvəli Snapdragon 670 prosessoru, 12 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və Quick Charge 4+ sürətli enerji yığma texnologiyalı 2915 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Pixel 3a XL modeli adi Pixel 3a-dan 6 düym ekran, Snapdragon 710 prosessoru və daha böyük həcmli batareya ilə fərqlənəcək. Cihazların qiymətləri 450-500 avro dəyərində olmalıdır.
    Linki kopyala