Google şirkəti Chromium əsaslı kənar brauzerlərin funksiyalarını məhdudlaşdıracaq

Google şirkəti Chromium əsaslı kənar brauzerlərin funksiyalarını məhdudlaşdıracaq

Texnologiya
25.01.2021 PAYLAŞIM

    Brauzerlərin yaradılması üçün nəzərdə tutulmuş ən məşhur mühərriklərdən biri Chromium-dur. Bu mühərrik Google mütəxəssisləri tərəfindən yaradılıb və hətta Microsoft Edge brauzerində də istifadə olunur. Görünür, yaxın zamanda böyük olmayan brauzerlərin tərtibatçıları ciddi problemlər ilə qarşılaşa bilərlər. Belə ki, Google öz texnologiyalarını kənar brauzer tərtibatçıları üçün məhdudlaşdırma niyyətindədir. Bu barədə 4pda saytı xəbər verib. Məlum olub ki, Chromium əsasında brauzer yaradan zaman tətibatçılar yalnız Chrome brauzeri üçün nəzərdə tutulmuş eksklüziv funksiyalardan da istifadə edirlər.

    Onların arasında Chrome Sync Click to Call kimi funksiyalar mövcuddur. Müəyyən müddət ərzində Google şirkəti bu məsələyə göz yumurdu. Lakin şirkət artıq öz brauzeri üçün nəzərdə tutulmuş bir sıra texnologiyaları kənar tərtibatçılar üçün məhdudlaşdırmağı planlaşdırır. Google Chrome-un texniki direktorunun sözlərinə əsasən sözügedən funksiyalar Google tərəfindən istifadə üçün nəzərdə tutulub və yaxın zamanda onlar kənar tərtibatçılar üçün bloklanacaqlar.


    Chromium-dan istifadə edən Opera Edge kimi böyük brauzerlər yaranacaq problemi rahatlıqla aradan qaldıra biləcəklər. Lakin Vivaldi Brave kimi kiçik brauzerlər məhdudlaşdırma nəticəsində ciddi problemlər ilə qarşılaşa bilərlər. Chrome API üçün olan eksklüziv funksiyaların sinxronlaşdırılması özəlliyi 15 mart tarixində bloklanacaq. Bu isə o deməkdir ki, Click to Call və digər funksiyalar məhdudlaşdırılacaq. Həmin vaxta kimi brauzerlər bu funksiyaların fərdi analoqlarına keçid etməlidirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bu il rekord sayda yeni məhsul təqdim edəcək

Bloomberg saytının məşhur jurnalisti Mark Gurman Apple şirkətinin bu il üçün olan planları barəsində..


Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə ha..

Elon Musk-ın beyin interfeysi layihəsi ilə məşğul ola Neuralink şirkəti hal hazırda klinik testlər ü..


Google şirkəti Meta və Apple məhsulları ilə rəqabət apara biləcək AR cihaz üzəri..

Virtual (VR) və artırılmış (AR) reallıq cihazları bazarı daha çox şirkətin diqqətini cəlb etməyə dav..


Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planl..

Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiy..


Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indik..


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.

×