Google şirkəti istifadəçilərin səs yazılarını dinlədiyini etiraf etdi

Google şirkəti istifadəçilərin səs yazılarını dinlədiyini etiraf etdi

Texnologiya
12.07.2019 PAYLAŞIM

    Google şirkəti Google Assistant istifadəçilərinin xəbəri olmadan onların səs yazılarını izləməsi mövzusunda avropalı jurnalistlərin ittihamlarına reaksiya verib. Şirkət istifadəçilərin danışıqlarının yazıldığını etiraf edib və həmin səsyazmaların internetə sızdırılma səbəblərini açıqlayıb. Bu barədə The Verge saytına istinadən 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Belçikanın VRT News adlı mediaşirkəti istifadəçilərin Google Assistant ilə ünsiyyət zamanı yazılmış mindən çox səsyazmalarını təqdim edib.

    Bununla belə həmin danışıqlardan böyük bir hissəsi “Ok, Google” əmrinin verilməməsi halında da yazılıb. Bu səbəbdən Google şirkəti öz müştərilərini izləməsi üzrə ittiham olunub. Şirkətin mətbuat xidməti buna reaksiya verib və bu barədə bəyanat təqdim edib. “Bu, nitq texnologiyalarının yaradılmasının vacib kritik hissəsidir və o, Google Assistant kimi məhsulların yaradılması üçün lazımdır” - deyə şirkət təmsilçiləri bildiriblər.

Bənzər xəbər


    Şirkət təmsilçisi həmçinin qeyd edib ki, bəzən cihaz səhvən ətrafdakı səsləri əmr kimi qəbul edərək aktivləşə bilir. Buna görə də Google-a istifadəçinin deməyə planlaşdırmadığı səs yazıları gəlir. Google bildirib ki, həmin səs yazılarının aid olduğu şəxsin kimliyinin sirr olaraq qalması üçün bütün tədbirləri görür və cihazın “Ok, Google” əmri olmadan səhvən kənar səslər vasitəsilə aktivləşməsinin qarşısını almaq üçün xüsusi mexanizm üzərində çalışır. Şirkətin məlumatına əsasən əməkdaşlar bütün səsyazmaların yalnız 0.2%-ni dinləyirlər. Bununla belə onlara səsyazmaların fonunda olan danışıqların və kənar səslərin deşifrələməsi qadağan olunub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×