
Günəş enerjisi ilə çalışan naqilsiz qulaqlıqlar (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Bluetooth qulaqlıqlar, adi naqilli qulaqlıqlardan üstün olsa da bir xüsusiyyətə görə geridə qalırlar.
Bu əsas xüsusiyyət isə naqilsiz qulaqlıqların lazımi vaxt qədər
enerji saxlaya bilməməkləridir. Orta hesabla bu cür qulaqlıqları gün ərzində
bir dəfə şarj etmək lazımdır. Sola adlı startap, bu problemi aradan qaldırmaq
üçün maraqlı üsul fikirləşib. Belə ki, o öz naqilsiz qulaqlıqlarına, şarj üçün
nəzərdə tutulmuş kiçik günəş paneli yerləşdirib. Sözügedən qulaqlıq, başın arxa
hissəsinə yerləşdirilməsi üçün nəzərdə tutulmuş standart formada hazırlanıb.
Startapçıların sözlərinə görə günəş işığında qulaqlıqların iş rejimi 25-30% artır.
İnteqrasiya olunmuş günəş enerjisi sisteminə baxmayaraq qulaqlıqlar çox yüngül
yaradılıb. Qulaqlıqlar, mikrofon, 200 mAh enerji tutumlu batareya və şarj üçün nəzərdə
tutulmuş USB girişi ilə təchiz olunublar. Bir maraqlı özəllik isə Sola
qulaqlıqlarının səsboğma funksiyasına sahib olmalarıdır. Layihə artıq Indıegogo platformasındadır. Startapçılar artıq 30.000$ əldə edərək onlara lazım olan vəsaitin
1/3-ni əldə ediblər. İlk alıcılara qulaqlıq, 29$-a başa gələcək. İlk satışların
isə bu ilin İyul ayında olacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər