Hacker smartfonların hack olunmasına imkan verən üsulları 50 milyon dollara satmağa çalışıb
Elm & Texnologiya
06.07.2018
Farid Pardashunas
Bir neçə müddət bundan öncə iOS və
Android smartfonların hack olunması ilə məşğul olan NSO Group şirkətinin
(İsrail şirkəti) işlək alqoritmləri internetdə yayılmışdı. Forbes saytının
verdiyi məlumata əsasən bu sızıntının günahkarı şirkət əməkdaşı olub. NSO Group
kimi şirkətlər əsasən hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Lakin bəzən
onlar qanunun digər tərəfindən olan şəxslərə də yardımçı olurlar. Hər halda
İsrail şirkətinin əməkdaşlarından biri belə bir şey etmək istəyib.
Belə ki, NSO
Group şirkətinin sirlərinin satılmasında şirkətin baş proqramçısı
günahlandırılır. Onun adı hallanmasa da 38 yaşında olduğu bildirilib. Öz vəzifə
səlahiyyətlərindən istifadə edərək həmin şəxs öz kompüterindəki təhlükəsizlik
sistemini deaktiv edib və smartfonların hack olunması üçün nəzərdə tutulmuş
üsulların kodlarını xarici sərt diskə kopyalayıb. Daha sonra həmin şəxs hacker
mənbələrində sözügedən gizli məlumatların satılması barədə elan yayıb. Həmin məlumatlara
görə sözügedən şəxs 50 milyon dollar tələb edib.
Potensial alıcılardan biri
İsrailin Ədliyyə Nazirliyinin əməkdaşı olub. Lakin çox qısa müddət ərzində şirkətin
həmin keçmiş əməkdaşı yaxalanıb və onun oğurlamış olduğu mıəlumatlar geri
qaytarılıb. Şirkətin məlumatları üçüncü tərəfə verilməyib və hansısa digər mənbələrdə
yerləşdirilməyib. Bundan əlavə olaraq şirkətin müştəriləri barəsində məlumatlar
da toxunulmaz olaraq qalıb. Bununla yanaşı yaxalanmış şəxs ölkə təhlükəsizliyinə
zərərin vurulması niyyəti üzrə də günahlandırılıb. Belə ki, İsrailin hərbi qüvvələri
NSO Group tərəfindıən yaradılmış texnoloji üsullardan istifadə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ