main-post-cover

    Hackerlər, 'ağıllı' akvarium vasitəsilə kazionun sisteminə daxil olublar

    Elm & Texnologiya
    20.07.2017
    Farid Pardashunas

    Anonim hackerlər, kazinodakı məlumatları, şəbəkəyə qoşulmuş akvarium vasitəsilə oğurlamağa çalışıblar.

    Sözügedən kiberhücumun qarşısını almaq mümkün olub. Lakin bu, IoT cihazlar vasitəsilə edilmiş yeganə kiberhücum hadisəsi deyil. Bu barədə məlumatı, təhlükəsizlik sahəsində fəaliyyət göstərən “Darktrace” şirkəti verib. Şimali Amerikada yerləşən kazino, “ağıllı” akvarium sayəsində hackerlər tərəfindən kiberhücuma məruz qalıb. İnternetə qoşulmuş akvarium avtomatik olaraq balıqlara yem verir və öz daxilindəki iqlimə nəzarət edirdi. Həmin akvarium vasitəsilə hackerlər, Finlandiyada yerləşən kompüterə məlumat ötürməyə nail olublar. Məhz bundan sonra “Darktrace” şirkətinin əməkdaşları təhlükəni sezərək kiberhücumun qarşısını alıblar. “Kimsə şəbəkəyə daxil olmaq üçün akvariumdan istifadə edib. Hackerlər akvariumu ələ keçirəndən sonra onlar sistemi skan edərək digər sistem boşluqları barədə məlumatlar əldə ediblər” – deyə “Darktrace” şirkətinin kiberkəşfiyyat şöbəsinin rəhbəri bildirib. Sözügedən şirkət bundan əvvəl, internetə qoşulmuş əşyalar vasitəsilə reallaşdırılmış 9-a yaxın kiberhücum hadisəsilə qarşılaşıb. Hackerlər həmçinin rəsm üçün nəzərdə tutulmuş adi planşetdən belə istifadə edirlər. Bu vasitə ilə onlar DDoS hücumları reallaşdırırlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər