Logo
    Hackerlər, Etherium portmanatlarından 31.75 milyon dollar oğurladılar

    Hackerlər, Etherium portmanatlarından 31.75 milyon dollar oğurladılar

    Etherium əsasında yaradılmış Parity saytının təsisçisi Gavin Wood, 3 istifadəçi hesabının hack olunduğunu bildirib.

    Ümumilikdə həmin hesablardan 31.73 milyon dollar oğurlanıb. Wood qeyd edib ki, hackerlər, proqramın son versiyasında bir neçə istifadəçinin portmanat sistemindəki boşluqdan istifadə ediblər. Onun sözlərinə görə Parity-də aşkarlanmış həmin boşluq çox kritikdir. “Əgər sizin Parity-də bir neçə istifadəçiyə sahib portmanatınız varsa, onda tez bir zamanda onun daxilindəki vəsaitlərinizi təhlükəsiz yerə köçürdün” – deyə Wood bildirib. Daha sonra Parity təmsilçiləri, mütəxəssislərin həmin problemi aradan qaldırmaq və yerdə qalan portmanatları təhlükəsizlik ilə təmin etmək üçün çalışdıqlarını qeyd ediblər. Məlumata əsasən bu kiberhücum, Etherium tarixində ən böyüyüdür. Sözügedən kiberhücum, kriptovalyutalar ilə bağlı son günlər baş verən ikinci hadisədir.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Hackerlər, Etherium portmanatlarından 31.75 milyon dollar oğurladılar