
Hackerlər, Ukraynanın paytaxtı Kiev-in elektrik təchizatını kəsdilər!
Elm & Texnologiya
07.05.2017
Farid
Ukraynadakı hackerlərin keçən ay, paytaxt Kiev-in elektrik təchizatını kəsdikləri bildirildi.
Reuter-sə
bir açıqlama verən Ukrayna-nın elektrik qurumu Ukrenergo, paytaxt Kiev-in kiber
quldurlar tərəfindən elektriklərinin kəsildiyini və hələ də sistemə necə
girdiklərini təyin etməyə çalışdıqlarını bildirdi.
17-18
Dekabr 2016-cı il tarixində reallaşdırılan hadisədə Kiev-in şimal bölgəsində
elektriklərin kəsildiyi, kiber quldurların, ölkənin fərqli bölgələrindən sistemə
girdikləri bildirildi.
İlk
öyrənilənlərə görə hücumdan 330 kilovatlıq Şimal alt-stansiyasına bağlı olan iş
mərkəzləri ilə SCADA sistemləri təsirləndi. Ukrenergo, edilən analizlər çərçivəsində
hücumun çox əvvəldən planlaşdırıldığı və şiddətli olduğu açıqlandı. Təhlükəsizlik
gücləriylə birlikdə işləyən kiber mütəxəssislər isə təsirlənən hesabların
xronolojik olaraq bir siyahısını hazırlayıb, hücumun başlanğıc nöqtəsini təyin
etməyə çalışırlar.
Ukrayna,
2015-ci ilin Dekabr ayında da oxşar bir hücuma məruz qalmış, ölkənin qərbindəki 225 min nəfərin elektrikləri kəsilmişdi.
Paylaş
Bənzər xəbərlər