Həddindən artıq doza nəticəsində yaranan ölüm riskini azalda biləcək yeni dəri altı implant hazırlanıb!
Elm & Texnologiya
19.08.2024
Farid Pardashunas
Yeni hazırlanmış dəri altı implant, opioid artıq dozası nəticəsində yaranan ölüm riskinin həlli ola bilər. Xəstənin vəziyyətini dərhal izləyə bilən implantın təfərrüatları bunlardır:
Opioid Təhlükəsizliyi üçün İmplantativ Sistemin qısaldımışı olan İSOS implantı, MIT və Harvardla əlaqəli Brigham and Women's Hospital-dan bir qrup alim tərəfindən hazırlanmışdır. Cihazın uzunluğu 78 mm, eni 12 mm və qalınlığı 8 mm-dir. Tərkibində 10 milliqram nalokson olan implantda həmçinin batareyalar, vibratorlar və Bluetooth modulları kimi elektron komponentlər, həmçinin çoxsaylı EKQ elektrodları və bir sıra digər sensorlar var.
Lokal anesteziya ilə qarın boşluğundakı simpatik sinir şəbəkələrinin ən böyüyü olan solar pleksus yaxınındakı dərinin altına yerləşdirilən bu implant, yerləşdirildikdən sonra xəstənin bədən istiliyini, ürək döyüntüsünü, tənəffüs dərəcəsini və qanın oksigenlə doyma miqdarını izləyə bilir. Bu parametrlər opioid həddindən artıq dozanın gerçəkləşdiyini göstərəcək şəkildə dəyişərsə, cihaz həm toxunma, həm də səsli stimullaşdırma yaratmaq üçün vibratorunu işə salacaq. Bundan əlavə, implant xəstənin və fövqəladə əlaqə saxlayan şəxsin smartfonundakı proqrama xəbərdarlıq göndərir və yanlış vəziyyət yarandıqda proqram vasitəsilə dayandırıla bilər. Bununla belə, bu dərhal edilmədikdə, iSOS nalokson dozasını sürətlə qan dövranına vurmağa davam edir.
Laboratoriya testlərində cihaz, orta hesabla 3.2 dəqiqə ərzində fentanillə həddindən artıq dozada olan donuzların 96%-ni uğurla reanimasiya edə bilib. Onun batareyası hazırda 16 günlük həyati əlamətlərin monitorinqi üçün kifayətdir və lazım olduqda simsiz doldurula bilər. Nəhayət, əgər implantda nalokson qurtararsa, implantın üzərindəki porta yeridilmiş dərialtı iynə vasitəsilə yenidən doldurula bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Beyinin hər bir xatirə üçün 3 kopya yaratdığı müəyyən edilib!
Beyinin hər bir xatirə üçün 3 kopya yaratdığı müəyyən edilib!
Basel Universitetinin tədqiqatçıları, siçanların beyinlərini görüntüləyərək yaddaşın formalaşmasına nəzarət ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, beyin 1 yaddaşı saxlamaq üçün 3 müxtəlif neyron dəstindən istifadə edir.
Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
Koreyalı tədqiqatçılar, real vaxtda formasını dəyişən və qeyri-bərabər səthləri və yüksək maneələri asanlıqla dəf edə bilən tənzimlənən təkər hazırlayıblar.
Alimlər qocalan beyin hüceyrələrinin bərpası üsulunu tapıblar
Alimlər qocalan beyin hüceyrələrinin bərpası üsulunu tapıblar
İnsanlar yüzilliklər ərzində sonsuz həyatın sirrinin və ya ən azından qocalma prosesini ləngidəcək üsulun axtarışındadırlar. Görünür, alimlər ölümə qalib gəlməyə bir addım da yaxınlaşmış olublar.
Dinozavrları məhv edən nəhəng asteroidin haradan gəldiyi məlum olub!
Dinozavrları məhv edən nəhəng asteroidin haradan gəldiyi məlum olub!
Milyonlarla il əvvəl Yer kürəsi, təxminən 10 kilometr enindəki bir asteroidlə toqquşaraq dinozavrların yox olmasına səbəb olub. İndi isə dinozavrların məhvinə gətirib, çıxaran bu asteroidin haradan gəldiyi məlum olub.
ABŞ-da 270 kiloluq nəhəng mamont dişi tapılıb!
ABŞ-da 270 kiloluq nəhəng mamont dişi tapılıb!
ABŞ-da həvəskar kolleksiyaçı Eddie Templeton, Missisipi bölgəsində 270 kiloqram ağırlığında və Kolumb mamontlarına aid olduğu iddia edilən yaxşı qorunmuş nəhəng mamont dişi tapıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!