Həqiqət yoxsa yalan?: HBO-nun sənədli filmində bitcoinin yaradıcısının əsl kimliyi açıqlanıb
Elm & Texnologiya
10.10.2024
Emil Nəcəfov
HBO telekanalı “Money Electric: The Bitcoin Mystery” adlı 100 dəqiqəlik sənədli filmi izləyicilərinə təqdim edib. Sözügedən sənədli filmi anons edən zaman telekanal bildirmişdi ki, o, sənədli filmdə bitcoinin Satoshi Nakamoto ləqəbli gizli yaradıcısının əsl kimliyini açıqlayacaq. Beləliklə sənədli film izləyicilərə təqdim edildi və onda bitcoinin yaradıcısı qismində kanadalı proqram təminatı tərtibatçısı Peter Todd qələmə verildi. Lakin Peter Todd öz növbəsində HBO-nun bu fikri ilə heç razı deyil və bitcoinin yaradıcısının o olmadığını qeyd edir. Sənədli film özündə bitcoinlə ilk vaxtlardan əlaqəli olmuş şəxslərlə müsahibələri birləşdirir.
Onların arasında Adam Back, investor Roger Ver, marketoloqlar Samson Mow və Peter Todd yer alırlar. İlk əvvəllər bitcoinin potensial yaradıcısı kimi Adam Back hesab edilirdi. Sənədli filmin müəllifi Cullen Hoback-ın Bitcoiner forumundakı mesajlar da daxil olmaqla təqdim etmiş olduğu şərti sübutlara əsasən Satoshi Nakamoto ləqəbli altında məhz Peter Todd dayanır. Peter özü bu fikrin doğru olmadığını söyləyib. Lakin sənədli filmdə Peter bir anlıq “Satoshi Nakamoto mənəm” ifadəsini işlədib və daha sonra özünün işlətdiyi bu ifadəyə gülüb. Bitcoinin 2009-cu ildə ortaya çıxmasından sonra Satoshi Nakamoto-nun kimliyi hələ də sirr olaraq qalır.
Bu ad altında bir və ya daha çox adamın dayandığı məlum deyil. Hal-hazırda bitcoin güclü maliyyə alətinə çevrilib. Uzun illər ərzində Satoshi Nakamoto-nun əsl kimliyi mövzusunda müxtəlif variantlar irəli sürülüb. Newsweek saytı 2014-cü ildə bildirmişdi ki, bu, fizik Dorian Nakamoto-dur. Lakin Dorian Nakamoto bunu təkzib etdi. 2015-ci ildə The New York Times bitcoinin potensial yaradıcısı kimi alim Nick Szabo-nu qeyd etmişdi. Daha sonra isə avstraliyalı Craig Wright özünün əslində Satoshi Nakamoto olduğunu söyləmişdi. Lakin Britaniya məhkəməsi təyin etmişdi ki, o əslində bitcoinin yaradıcısı deyil.
Peter Todd-a gəldikdə isə o, GitHub servisində tətbiqi kriptoqrafiya üzrə konsultant kimi qeyd edilib. Qeyd etmək lazımdır ki, Satoshi Nakamoto 2011-ci ilə kimi bəzi şəxslərlə ünsiyyətdə idi. Lakin 2011-ci ildən başlayaraq o, bir daha əlaqəyə çıxmadı. Lakin bununla belə o, kriptovalyuta cəmiyyətinin ən vacib şəxslərindən biri hesab edilir. Onun elektron portmanatlarında milyonlarla bitcoin mövcuddur. Hal-hazırki məzənnəyə əsasən Satoshi Nakamoto 62.4 milyard dollarlıq bir sərvətə sahibdir. Onun bu aktivləri artıq uzun illərdir ki, heç bir əməliyyatda istifadə edilməyib. Hətta Satoshi Nakamoto-nun həyatda olub-olmadığı da məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
HBO-dan tarixi bir açıqlama: Bitcoin-in qurucusunun kim olduğunu müəyyən etdik!
HBO-dan tarixi bir açıqlama: Bitcoin-in qurucusunun kim olduğunu müəyyən etdik!
Kriptovalyutalar deyiləndə ağıla ilk gələn Bitcoin-dir və onun yaradıcısı Satoshi Nakamoto ləqəbi ilə tanınır. Tezliklə yayımlanacaq HBO sənədli filmi isə onun həqiqi kimliyini açıqlaya bilər.
Kriptovalyuta dələduzları 2023-cü ildə 5.6 milyard dollar vəsait oğurlayıblar
Kriptovalyuta dələduzları 2023-cü ildə 5.6 milyard dollar vəsait oğurlayıblar
ABŞ Federal Təhqiqat Bürosunun (FBI) təqdim etmiş olduğu yeni hesabata əsasən 2023-cü il kriptovalyuta dələduzluğunun sayı və oğurlanmış vəsaitlərin həcmi baxımından rekord göstəricilərə sahib il olub.
Dünyada ilk dəfə olaraq, bir süni intellekt modeli, digər süni intellekt modelinə kriptovalyuta göndərib!
Dünyada ilk dəfə olaraq, bir süni intellekt modeli, digər süni intellekt modelinə kriptovalyuta göndərib!
Coinbase, yeni bir ilkə imza atdığını açıqlayıb. Belə ki, 2 süni intellekt modeli arasında ilk dəfə kriptovalyuta əməliyyatı həyata keçirilib.
Trump, öz kriptovalyuta birjasını yaradır!
Trump, öz kriptovalyuta birjasını yaradır!
ABŞ-ın keçmiş prezidenti Donald Trump, kriptovalyuta dünyasına addım atmağa hazırlaşır. Keçmiş prezidentin yazısına görə, The DeFiant Ones adlı platforma, Trump Organization tərəfindən idarə olunacaq və maliyyənin gələcəyini yaradacaq.
Daha bir Bitcoin birjası sındırılaraq 235 milyon dollar oğurlanıb!
Daha bir Bitcoin birjası sındırılaraq 235 milyon dollar oğurlanıb!
Bu il kriptovalyuta dünyasından ikinci böyük kiberhücum xəbəri gəlib. Hindistanın ən böyük birjalarından biri olan WazirX, hücumçulara 235 milyon dollar itirib.
Həftənin xəbərləri
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib