main-post-cover

    Hərbidə istifadə üçün xüsusi hazırlanan smartfon: Galaxy S20 Tactical Edition

    Elm & Texnologiya
    24.05.2020
    Nijat Hamid
            Samsung şirkəti bu ilin flaqman modeli olan Galaxy S20 smartfon seriyasını istifadəçilərə təqdim etmişdi. Qiyməti və bəzi problemlərinə görə istifadəçilər tərəfindən çox da rəğbət görməməsinə baxmayaraq Samsung şirkəti bu səfər Müdafiə Nazirliyi və dövlət işçiləri, həmçinin hərbidə istifadə üçün Galaxy S20 Tactical Edition smartfonunu təqdim etdi.

    Galaxy S20 Tactical Edition smartfonu hərbi standartlar əsasında hazırlanıb və xüsusi təhlükəsizlik proqramları ilə təchiz olunub.

            Galaxy S20 Tactical Edition smartfonu Milli Təhlükəsizlik Agentliyinin standartları əsasında 2 şifrəli təhlükəsizlik sisteminə və hərbi səviyyədə təhlükəsizliyi təmin edə bilmək üçün xüsusi hazırlanan proqram ilə istifadəyə verilir. Cihazın ən spesifik fərqlərindən biri Gecə Görüşü moduna bənzər bir funksiyaya malik olmasıdır. Həmçinin standart Galaxy S20-ə görə zərbələrə qarşı daha dayanıqlıdır. Bundan başqa hərəkət halında raportlar hazırlaya bilmək üçün Samsung DeX dəstəyinə də malikdir.
            5GWi-Fi 6 dəstəyinə malik bu smartfon hərbi radiokanallara və sistemlərə qoşula bilir. Bu cümlədən də anladığınız kimi bu smartfon adi istifadəçilərə satılmayacaq. Sadəcə yüksək dərəcə təhlükəsizliyə ehtiyacı olan dövlət işçilərinə satılacaqdır. Galaxy S20 Tactical Edition smartfonu Snapdragon 865 çipsetinə və 12 GB ram-a malikdir. 128 GB daxili yaddaşa malik olan smartfon 4.000 mah batareya ilə OneUI 2.0 interfeysini istifadə edir. Bu smartfonun satışına 2020-nin 3.rübündə başlanacaq. Satış qiyməti isə hələlik bəlli deyil.

    Galaxy S20 Tactical Edition smartfonunun texniki parametrləri.

    • Ekran: 6.2 düym Dinamik AMOLED (3200 x 1440 piksel,  60Hz / 120Hz)
    • Ölçüləri: 68,6 x 152,4 x 7,6 mm
    • Ağırlıq: 162g
    • Batareya: 4.000mAh (sürətli şarj dəstəyi)
    • Ön Kamera: 10 MP
    • Arxa Kamera: 64 MP + 12 MP + 12 MP
    • Ram: 12 GB
    • Daxili yaddaş: 128 GB 
    • Çipset: Qualcomm Snapdragon 865
    • Qoşulma növləri: Wi-Fi 802.11 b/g/n, 5G, Wi-Fi 6, Bluetooth 5.0, Xüsusi SIM dəstəyi, CRBS radio, GPS/AGPS+GLONASS+Beidou
    Linki kopyala