Hindistanda ürəyi döyünən insanabənzər robot hazırlanıb!
Elm & Texnologiya
20.08.2024
Farid Pardashunas
Hindistanın Krishna Mühəndislik və Texnologiya İnstitutundan (KIET) bir qrup tələbə və professor, əsasən tullantı hissələrdən hazırladıqları və döyünən ürəyi olan "Anushka" adlı insanabənzər robot ilə texnologiya dünyasında sərhədləri aşıblar.
Anushka-nın inkişafı əslində texnologiyanın insan yaradıcılığı ilə birləşdirildikdə nəyə nail ola biləcəyinin mühüm nümunəsidir. Əsasən qırıntılardan ibarət olan bu robotun qiyməti cəmi 2400 dollardır. Bu, bazardakı digər insanabənzər robotlarla müqayisədə inanılmaz dərəcədə aşağı qiymətdir. Lakin aşağı qiymət Anushka-nın istedadını əlindən almayıb. Anushka-nın üz dizaynı tarixi fransız şahzadəsindən ilhamlanıb və generativ süni intellektdən istifadə etməklə hazırlanıb. 3D çap texnologiyası və elastik silikon örtüklə yaradılan bu üz, çox real görünüş təqdim edir. Hətta silikon örtüklü və işləmə mexanizmi olan süni ürək də əlavə edilib.
Anushka-nın hərəkətləri Intel i7 prosessoru tərəfindən idarə olunan mikrokontrollerlər və servo mühərriklər vasitəsilə həyata keçirilir. Buraya robotun başını çevirməkdən tutmuş əllərini və gözlərini hərəkət etdirməyə qədər hər şey daxildir. Anushka, adi bir insanabənzər robotdan daha çoxuna sahib ola bilər. Çünki süni intellekt tərəfindən dəstəklənən təbii dil emal (NLP) texnologiyası sayəsində 61 dili başa düşə və danışa bilir. Ünsiyyət qurarkən o, təkcə sözləri başa düşmür, həm də bu sözləri rəqəmsal siqnallara çevirərək cavablar istehsal edir. Bu cavablar böyük OpenAI verilənlər bazasından götürülüb, ona görə də Anushka-nın cavabları kifayət qədər əhatəli və dəqiqdir.
Anushka-nın istedadları bununla da məhdudlaşmır. Üz tanıma və kompüterlə görmə texnologiyası ilə təchiz edilən robot, qarşısındakı insanları tanıya, mimikaları analiz edə və buna uyğun reaksiya verə bilər. Anushka, 50+ əl hərəkəti və 30+ göz hərəkəti ilə emosiyalarını ifadə edə bilir. Anushka, hazırda ziyarətçiləri salamlamaq və suallarını cavablandırmaq kimi vəzifələr üçün istifadə olunur. Amma bu robotun potensialı daha böyükdür. İnkişaf qrupu Anushka-dan səhiyyə və konsaltinq kimi sahələrdə istifadə etməyi də planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ukrayna, Rusiyaya qarşı hərbi robot itlərdən istifadə etməyə başlayır!
Ukrayna, Rusiyaya qarşı hərbi robot itlərdən istifadə etməyə başlayır!
Robotlar indi hərbi fəaliyyətlərdə daha tez-tez istifadə olunmağa başlayır. Ukrayna ilə Rusiya arasındakı müharibə müasir döyüş meydanını ortaya çıxararkən, eyni zamanda robot itlərə də şahidlik edir.
Tencent Robotics X, heyvan hərəkətlərini təqlid edə bilən dördayaqlı robot hazırlayıb!
Tencent Robotics X, heyvan hərəkətlərini təqlid edə bilən dördayaqlı robot hazırlayıb!
Son bir neçə ildə robot istehsalçıları, dördayaqlı robotların çöl şəraitində daha yaxşı hərəkət edə bilmələri üçün onların hərəkətlərini heyvan hərəkətlərinə bənzətməyə çalışırlar. Bunun üzərində çalışan şirkətlərdən biri də Tencent Robotics X-dir.
Volkswagen və UBTech şirkətləri, insanabənzər robotlarla işləyən avtomobil zavodu quracaq!
Volkswagen və UBTech şirkətləri, insanabənzər robotlarla işləyən avtomobil zavodu quracaq!
Avtomobil sənayesində insanabənzər robotların sayı artmaqda davam edir. Nəhayət, Çin robototexnika şirkəti UBTech, insanabənzər robotlarla işləyəcək bir fabrik üçün FAW-Volkswagen ilə birgə çalışacaq.
BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!
BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!
Bu yaxınlarda Figure AI-nin insanabənzər robotu Figure 01, avtomobil nəhəngi BMW-də işləməyə başlamışdı. Şirkət, indi robotun nə etdiyinə dair qısa bir video paylaşaraq robotun gələcəyinin qısa xülasəsini göstərib.
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Çinli alimlər, diqqətəlayiq bir addım ataraq dünyada ilk dəfə insan beynilə idarə olunan robot hazırlamağa nail olublar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!