main-post-cover

    Honor 20 Pro smartfonunun satışları bilinməyən müddətə kimi təxirə salınıb

    Elm & Texnologiya
    24.05.2019
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə ABŞ hökuməti ilə mövcud olan problemə baxmayaraq Huawei şirkətinin brendi olan Honor özünün Honor 20 adlı yen flaqman smartfon seriyasını təqdim etmişdi. Bir çoxları güman edirdi ki, ABŞ tərəfindən tətbiq olunmuş sanksiyalar səbəbilə seriyanın Honor 20 Pro modeli təqdim olunmayacaq. Lakin buna baxmayaraq Honor brendi ənənəyə sadiq qalaraq iki smartfon modeli təqdim etdi.
        Təqdimat tədbirində Honor 20 Pro modelinin satış tarixi barəsində məlumat verilmədi. İndi məlum olub ki, bu heç də nahaq yerə baş verməyib. Bu barədə Phonearena saytına istinadən Gagadget saytı xəbər verib. Fransanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Honor 20 Pro modeli Google şirkətinin sertifikatlaşdırılmasından keçə bilməyib. Buna görə də o, Google Play və Google servisləri ilə təchiz olunmayıb.
        Bu problem həll olunmamış şirkət hələki Honor 20 Pro modelinin satışlarını bilinməyən müddətə kimi təxirə salıb. Bundan əlavə olaraq smartfonun iyun ayının sonuna planlaşdırılmış reklam kampaniyasını da təxirə salıblar. Həmin reklam kampaniyası isə smartfonun satışa çıxmasına az müddət qalmış işə salınacaqdı. Smartfonun nə zaman satışa çıxacağı barəsində heç bir məlumat yoxdur. Buna baxmayaraq adi Honor 20 modeli Google sertifikatlaşdırılmasından keçib və onun satışlarında bir problem yaşanmamalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər