main-post-cover

    Honor brendindən adi Honor 30 modeli - QİYMƏTİ

    Elm & Texnologiya
    15.04.2020
    Farid Pardashunas
        Honor brendi Honor 30 Pro və 30 Pro+ smartfonları ilə yanaşı yeni smartfon seriyasının adi modeli olan Honor 30-u da təqdim etdi. Adi Honor 30 modeli Pro versiyalardan səthi ekran, orta dərəcəli texniki özəlliklər və daha aşağı qiymət göstəricisi ilə fərqlənir. Beləliklə Honor 30 smartfonu 2340x1080 piksel keyfiyyətli 6.53 düym OLED ekrana sahibdir. Lakin Pro modellərdən fərqli olaraq adi Honor 30-un ekran kənarları əyilmiş dizaynda deyil. Bundan əlavə olaraq smartfon ekranının yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib və barmaq izi skanı da birbaşa ekrana inteqrasiya edilib. Honor 30-un ekranı 60 Hz tezlikli təsvir yenilənməsi özəlliyinə sahibdir.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Kirin 985 5G prosessoru, ARM Mali-G77 qrafik sürətləndirici, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 40 MP (f/1.8 diafraqmalı Sony IMX600, OIS) + 8 MP (f/2.4 diafraqmalı genişbucaqlı obyektiv) + 8 MP (f/3.4 diafraqma, OIS, 5 qat optik zoom) + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) dördlü arxa kamera, 32 MP (f/2.0 diafraqmalı) ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 30 smartfonu Magic UI 3.1.1 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model 425$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model 453$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 495$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər