main-post-cover

    Honor fərdi prosessorlarını istehsal edəcək

    Elm & Texnologiya
    06.06.2023
    Emil Nəcəfov
        Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı imkanından məhrum olmuş Huawei şirkəti Honor brendinin eyni zərbəni əldə etməməsi üçün onu özündən ayrmalı oldu. Nəticədə Honor müstəqil şirkətə çevrildi. Hal hazırda Honor smartfonları problemsiz şəkildə Qualcomm-un 5G prosessorlarını və Google şirkətinin lisenziyalaşdırılmış Android versiyalarını əldə edirlər.
        Lakin şirkət bununla yetinməyərək və daha da irəli gedərək prosessorların istehsalı ilə bağlı törəmə şirkətini təsis edib. Şirkət keçən həftə təsis edilib və Shanghai Honor Intelligent Technology Development Co adını əldə edib. Məlumata əsasən bu yeni şirkətin ilkin büdcəsi 14 milyon dollar təşkil edir. Onun fəaliyyət sahəsi isə prosessorların layihələşdirilməsi, satışları və müvafiq xidmətlərdir. Bununla yanaşı şirkət süni zəka üçün nəzərdə tutulmuş tətbiqi proqram təminatı üzərində də çalışacaq.
    Linki kopyala