
Honor MagicPad 13 planşetinin fotoları rəsmi şəkildə təqdim edilib
Elm & Texnologiya
10.07.2023
Emil
Honor şirkəti 12 iyul tarixində baş tutacaq təqdimat tədbirini gözləmədən Çinin Weibo adlı sosial şəbəkəsində MagicPad 13 planşetinin fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, planşet bazarda 3 gövdə rəngində satışa çıxacaq. Qara, ağ və yaşıl. Honor MagicPad 13 həmçinin ikili arxa kamera ilə təchiz olunacaq və stilus ilə klaviaturalı keys dəstəyini əldə edəcək. Planşet 2.8K keyfiyyətli 13 düym ekran və ekran ətrafı nazik çərçivələr ilə təchiz olunmalıdır. Təəssüflər olsun ki, MagicPad 13 barəsində digər bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər