
Honor Watch 4 smart saatı barəsində yeni məlumat ortaya çıxıb
Elm & Texnologiya
07.07.2023
Emil
Bir neçə gün bundan öncə Honor şirkəti rəsmi olaraq bildirdi ki, 12 iyul tarixində baş tutacaq təqdimat tədbirində təqdim olunacaq yeni məhsullardan biri də Honor Watch 4 smart saatı olacaq. İndi isə sözügedən smart saat barəsində yeni məlumatlar ortaya çıxıb. Artıq məlumdur ki, Honor Watch 4 smart saatı eSIM dəstəyini əldə edəcək. Ortaya çıxmış yeni məlumata əsasən isə smart saat bir dəfə şarj olunandan sonra 10 gün ərzində çalışa bilkəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, eSIM-in aktiv olduğu halda vivo Watch 2 smart saatı 7 gün, OPPO Watch 3 Pro 5 gün, Apple Watch Series 8 isə 1 gün ərzində çalışa bilir. Bununla yanaşı Honor Watch 4 düzbucaqlı formada ekrana sahib olacaq.
Paylaş
Bənzər xəbərlər