Logo
    'HTC'nin dövrü sona çatır. Şirkət öz vacib iki şöbəsini satmağı planlaşdırır

    'HTC'nin dövrü sona çatır. Şirkət öz vacib iki şöbəsini satmağı planlaşdırır

    Hələ bir neçə il bundan öncə “HTC” şirkəti, smartfon istehsalında aprıcı nümayəndələrdən biri idi.

    Məhz bu şirkət 2008-ci ildə dünyaya ilk Android smartfon olan HTC Dream (digər adı ilə T-Mobile G1) cihazını təqdim etdi. 2013-cü ildə isə satışa çıxmış HTC One M7 smartfonu, bir çoxlarının fikrincə ən gözəl smartfon idi. Lakin bir anın içində nəsə yolunda getmədi və şirkət öz mövqeyini itirməyə başladı. Uzun müddət ərzində şirkət, böyük vəsait itkiləri yaşayırdı və mobil şöbə isə gəlir gətirmirdi. Bloomberg-in verdiyi məlumata inansaq, “HTC” öz 2 vacib şöbəsini satmağı planlaşdırır. HTC Vive, günümüzdə ən məşhur virtual reallıq cihazlarından biri hesab olunur. Bir neçə gün bundan öncə şirkət bu cihazın qiymətini 200$ aşağı saldı. Şirkət əmindir ki, bu üsulnan, virtual reallıq cihazına yeni insanları cəlb etmək mümkün olacaq. İndi isə məlumata əsasən şirkət bu şöbəni ümumilikdə satmaöı planlaşdırır. Bundan əlavə olaraq Bloomberg xəbər verir ki, VR biznesi ilə yanaşı şirkət həmçinin özünün mobil şöbəsini də satmağı düşünür. Bir çox analitiklərin fikrincə “Google”, “HTC”nin mobil şöbəsini ala bilər. “HTC”nin təmsilçiləri isə bu barədə heç bir məlumat verməyiblər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    'HTC'nin dövrü sona çatır. Şirkət öz vacib iki şöbəsini satmağı planlaşdırır