main-post-cover

    HTC U11 Plus modelinin ilk fotoları sızdırıldı

    Elm & Texnologiya
    19.10.2017
    Farid Pardashunas
    Ocean Master kod adlı HTC U11 Plus modeli haqqında biz artıq bir sıra məlumatlara sahibik.
    Əgər bu smartfon barədə bütün məlumatlar özünü doğrultsa, onda o, bazarda olan digər modellər ilə rəqabətə girə biləcək. Smartfonun paylaşılmış ilk fotolarından görmək olar ki, “HTC”, maye metal tərzində olan korpuslara öz sevgisini itirməyib. Baxmayaraq ki, bu cür korpusun üstündə barmaq izləri qalır, yenə də bu tərzdə hazırlanmış korpus, istifadəçilərin ürəyincə olur.

    Burda məsələ təkcə korpusda deyil, çərçivəsiz ekrandadır. Sonunda “HTC” də trendə uyğun olaraq HTC U11 Plus modelində 2880x1440 piksel keyfiyyətli 6 inç-lik QHD+ çərçivəsiz ekranını reallaşdıracaq. Ekranın korpusa nisbəti isə 18:9 olacağı güman edilir. Lakin çərçivəsiz ekrana görə Home düyməsindən imtina etmək lazım olub. Barmaq izi skanı isə adi U11 modelindən fərqli olaraq yeni smartfonun arxa panelində yerləşəcək. Bir ısra məlumatlara əsasən smartfonun texniki göstəriciləri də bu ilin digər flaqman modelləri ilə eyni səviyyədə olacaq.

    Belə ki, HTC U11 Plus-ın 8 nüvəli Snapdragon 835 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Smartfonda həmişəki kimi ənənəvi 3.5 mm-lik audiogirişi olmayacaq. Lakin yeni smartfonda digər trendlərdən reallaşdırılmayacaq özəllik isə kamera ilə bağlı olacaq. Fotolardan da göründüyü kimi U11 Plus modeli ikili arxa kamera əvəzinə 12 MP-lik bir kameraya sahib olacaq. Bu modelin 2 Noyabr tarixində təqdim olunacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər