main-post-cover

    HTC U11 Plus modelinin təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    16.10.2017
    Farid Pardashunas
    Görünür “HTC” öz flaqman smartfonlarının istehsalatını dayandırmayacağı barədə xəbərlər doğru çıxdı.
    Qeyd etmək lazımdır ki, keçən ayın sonunda “Google”, “HTC”nin mobil şöbəsini aldı. Bir faktı da qeyd etmək lazımdır ki, “Google” üçün Pixel modelini məhz “HTC” istehsal edirdi. Lakin bu o demək deyil ki, şirkət öz smartfonlarını istehsal etməyəcək. Bu ilin May ayında şirkət öz flaqman modeli olan U11-i təqdim etmişdi. Yüksək texniki göstəricilərlə yanaşı həmin smartfonun əsas özəlliyi Edge Sense adlı funksiyasında idi. Bu funksiya sayəsində istifadəçi, smartfonun kənarlarını əl ilə sıxaraq cihazı idarə edə bilirdi.

    2 Noyabr tarixində “HTC” öz yeni tədbirini keçirdəcək. Güman olunur ki, həmin tədbirdə şirkət U11 Plus modelini təqdim edəcək. HTC U11 Plus modelinin güman olunan göstəriciləri isə belədir: Corning Gorilla Glass qoruyucu şüşəsinə sahib 6 inç Quad HD+ ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, Adreno 540 qrafik sürətləndirici, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (microSD dəstəkli), f/1.7 diafraqmalı, optik stabilizasiyalı və 4K çəkiliş özəllikli 12 MP-lik arxa kamera, 8 və ya 16 MP-lik ön kamera və Quick Charge 3.0 funksiyalı 3300 mAh enerji tutumlu batareya. Çox güman ki, yeni model Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. HTC U11 Plus-ın qiyməti haqqında isə heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər