main-post-cover

    'Huawei', 4 kameralı Maimang 6 modelini təqdim etdi

    Elm & Texnologiya
    22.09.2017
    Farid Pardashunas
    “Huawei” şirkəti, Çində keçirilmiş tədbir zamanı Maimang 6 adlı smartfonu təqdim etdi.
    Bu smartfon, şirkətin ilk modelidir ki, ekran-gövdə nisbəti 18:9-a bərabərdir. Bundan əlavə olaraq mühəndislər bu modelin çərçivələrini maksimal dərəcədə nazik ediblər. Lakin Maimang 6-nı tamamilə çərçivəsiz smartfon adlandırmaq olmaz. Bununla yanaşı yeni modelin daha bir özəlliyi, onun 4 kameraya sahib olmasıdır. Maimang 6, 2.5D şüşəyə sahib oyulmuş metal korpusdan ibarətdir. Sözügedən 2.5D şüşə, ön paneli tamamilə əhatə edir.
    5.9 inç-lik ekran, 2160x1080 piksel keyfiyyətinə sahibdir. Barmaq izi skanı isə smartfonun arxa panelində yerləşib. Maimang 6, biri 16 MP, digəri isə 2 MP olmaqla ikili arxa kamera ilə təchiz olunub. Smartfon həmçinin ikili ön kameralara da sahibdir. Onlardan biri 13 MP, digəri isə 2 MP-dir.
    Texniki göstəricilərinə gəldikdə isə smartfon, 2.36 GHz tezlikli 8 nüvəli Kirin 659 prosessoru, Mali T830-MP2 qrafik gücləndirici, 4 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli) və 3340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Maimang 6, EMUI 5.1 ara üzünə sahib Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Huawei Maimang 6, 364$ qiymətinə satılacaq. Məlumatlara əsasən bu model, beynəlxalq bazarda Mate 10 Lite adı ilə satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər