Logo
    main-post-cover

    'Huawei' dünənki Mate seriyasının büdcəli və 4 kameralı modeli Mate 10 Lite smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    17.10.2017
    Emil
    Mate 10, Mate 10 Pro və Mate X Porsche Design modellərindən sonra “Huawei” şirkəti orta model olan Mate 10 Lite-ı da təqdim etdi.
    Dünən təqdim olunmuş 3 flaqman modeli haqqında ətraflı məlumatları xəbərimizdə qeyd etmişdik. Phonearena.com saytının məlumatına əsasən təqdim olunmuş Lite modeli bir sıra ölkələrdə Huawei G10 Maimang 6 adı ilə satıla bilər. Xarici görünüşcə və texniki göstəricilərinə görə Lite versiya flaqman modellərdən fərqlənsə də özünün xüsusiyyətlərinə sahibdir. Buna misal olaraq smartfonun 4 kameraya sahib olmasını gətirmək olar. Mate 10 Lite metal korpusa sahibdir. Onun qabaq panelini isə 2.5D qoruyucu şüşə örtür.

    Smartfonun özü 2160x1080 piksel keyfiyyətli 5.9 inç ekranla təchiz olunub və ekranın korpusa nisbəti isə 18:9-dur. Barmaq izi skanı arxa paneldə yerləşdirilib. O, biri 16, digəri isə 2 MP olmaqla ikili arxa, öndən isə biri 13, digəri isə 2 MP olmaqla ikili ön kameraya sahibdir. Digər texniki göstəricilərə gəldikdə isə smartfon, 2.36 GHz tezlikli 8 nüvəli Kirin 659 prosessoru, Mali-T830 qrafik sürətləndirici, 4 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli) və 3340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon EMUI 5.1 ara üzlü Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Huawei Mate 10 Lite 400 avro qiymətində satışa çıxacaq.

    Paylaş
    Bənzər xəbərlər