Logo
    main-post-cover

    Huawei Mate 30-un ilk rəsmi fotosu ortaya çıxdı

        Çinin Weibo sosial şəbəkəsində Huawei şirkətinin Mate 30 flaqman smartfon modelinin ilk rəsmi fotosu ortaya çıxıb. Beləliklə ortaya çıxmış foto smartfon barəsində əvvəlki məlumat sızıntılarını təsdiqləyib. Belə ki, Mate 30 modeli tamamilə fərqli dizayn əldə edəcək və əvvəlki smartfon modellərindən fərqlənəcək. Bu barədə 4pda saytı xəbər verib.
        Əvvəlcədən də gözlənildiyi kimi Mate 30 modelinin arxa panelində dairəvi sahə yerləşəcək və həmin dairəvi sahənin daxilində 4 kamera modulu olacaq. İşıqlandırma sistemi isə dairəvi sahənin sol hissəsində yerləşdirilib. Şirkətin əvvəlki flaqman modellərində də olduğu kimi Mate 30-un kameraları Leica şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Fotodan da görmək olar ki, Mate 30-un ekranı üzərində çıxıntı hissə yerləşir. Məlumata əsasən həmin çıxıntı hissədə ön kamera və istifadəçi üzünün skanı üçün 3D sensorlar var.
        Qeyd etmək lazımdır ki, şirkət 6 sentyabr tarixində IFA 2019 sərgisi çərçivəsində təqdimat tədbiri keçirdəcək. Həmin tədbirdə yeni Kirin 990 prosessorunun təqdim olunacağı gözlənilir. Mate 30 seriyası isə məhz həmin prosessor vasitəsilə çalışmalıdır. Mate 30 seriyasının təqdimatı isə sentyabr ayının sonunda və ya oktyabr ayında baş tuta bilər.
    Paylaş
    Bənzər xəbərlər