
Huawei Mate X yeni prosessor və kameralar ilə təchiz olunacaq
Elm & Texnologiya
19.08.2019
Emil
Keçən həftə Huawei şirkəti qatlana bilən Mate X smartfon modelinin satışının yenidən təxirə salındığı barəsində məlumat vermişdi. Lakin satışa çıxacaq Mate X versiyası bu ilin əvvəlində təqdim edilmiş orijinal versiyadan bir qədər fərqlənəcək. Neowin saytının jurnalistləri Mate X-in yenilənmiş versiyası ilə tənış olaraq onun bəzi yenilikləri barəsində məlumat veriblər. Bu barədə 4pda saytı xəbər verib. Texniki tərəfdən smartfon iki vacib yenilik əldə edib.
Birinci yenilik ondan ibarətdir ki, smartfon hələ təqdim edilməmiş Kirin 990 prosessoru vasitəsilə çalışacaq. Sözügedən prosessorun ya sentyabrda ya da oktyabrda təqdim olunacağı gözlənilir. Buna görə də onun nəyə qadir olduğunu indidən söyləmək mümkün deyil. İlin əvvəlində təqdim edilmiş orjinal Mate X modeli keçən ilki Mate 20 seriyasından olan kameralar ilə təchiz olunmuşdu. Lakin şirkət smartfonun yeni versiyasında bu il təqdim edilmiş P30 seriyasının kameralarından istifadə etmək qərarını verib.
RGB kamera sensorlarından RYYB kamera sensorlarına keçid isə öz növbəsində yaxşı işıqlandırılmamış mühitdə keyfiyyətli fotoların çəkilməsi imkanını verməlidir. Bir neçə müddət bundan öncə smartfonunun TENAA agentliyində sertifikatlaşdırmadan keçən zaman məlum olmuşdu ki, smartfonun ağırlığı 300 qram təşkil edir. Bu isə orijinal Mate X-in ağırlığından 13 qram çoxdur. Çox güman ki, əsas məsələ Falcon Hinge adlı texnologiyadadır. Məhz bu texnologiya vasitəsilə smartfonun ekranını qatlamaq olar. Son məlumatlara əsasən smartfon noyabr ayında satışa çıxacaq
Paylaş
Bənzər xəbərlər