Logo
    main-post-cover

    Huawei MateBook D 14 BE adlı yeni büdcəli noutbuk təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    27.07.2023
    Emil
        Huawei şirkəti orta qiymət seqmenti üçün nəzərdə tutulmuş yeni noutbukunu təqdim edib. Söhbət, MateBook D 14 BE adlı noutbukdan gedir. Sözügedən yeni noutbuk balanslaşdırılmış texniki göstəricilərə sahibdir. O, evdə və ofisdə çalışmaq üçün nəzərdə tutulub. MateBook D 14 BE 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 14 düym IPS ekran ilə təchiz olunub. Ekran NTSC rəng diapazonunun 45%-ni əhatə edir.
        Bununla yanaşı noutbukun qapağını 180 dərəcə açmaq mümkündür. Əsas texniki göstəricilər baxımından MateBook D 14 BE modeli Intel Core i3-1215U prosessoru, 8 GB RAM256 GB SSD ilə təchiz olunub. Noutbukda qrafik özəlliklərdən Intel UHD adlı inteqrasiya edilmiş qrafika cavabdehdir. Noutbukun batareya həcmi isə 42 vatt saat təşkil edir və o, 65 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir.
        MateBook D 14 BE özündə 2 ədəd səsgücləndiricini, 720p keyfiyyətində olan veb kameranı və yandırıb/söndürmə düyməsinə inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını birləşdirir. Noutbuk USB Type-C, HDMI 2.0, bir neçə USB Type-A girişlərinə və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə sahibdir. MateBook D 14 BE artıq Çin bazarında 550$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər