main-post-cover

    Huawei MatePad Pro 11 (2024) planşetinin hansı prosessor vasitəsilə çalışdığı məlum olub

    Elm & Texnologiya
    30.11.2023
    Emil Nəcəfov
         Huawei şirkəti bir neçə gün bundan öncə MatePad Pro 11 (2024) planşetini təqdim etdi. Lakin planşeti təqdim edən zaman şirkət onun hansı prosessor vasitəsilə çalışdığını açıqlamadı. İndi isə bu məlumat da ortaya çıxıb. MatePad Pro 11 (2024) planşetinin test versiyasını əldə etmiş jurnalistlər xüsusi tətbiq vasitəsilə təyin ediblər ki, sözügedən planşet Kirin 9000s prosessoru vasitəsilə çalışır.
         Qeyd etmək lazımdır ki, bu prosessor həmçinin sentyabr ayında təqdim edilmiş Huawei Mate 60 smartfon seriyasında da istifadə edilir. O, 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Daha öncə düşünülürdü ki, planşet Kirin 9000s-in yeni versiyası vasitəsilə çalışır. Belə ki, Huawei şirkətinin bu prosessorun yeni versiyası üzərində çalışdığı məlumatları ortaya çıxmışdı. Görünür, şirkət Kirin 9000s-in yeni versiyasını digər cihazlarında istifadə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei gələn il Apple Vision Pro-nun rəqibini təqdim edəcək
    huawei-gelen-il-apple-vision-pro-nun-reqibini-teqdim-edecek
    Kirin 9000s prosessorunun yeni versiyası Geekbench testlərindən keçib
    kirin-9000s-prosessorunun-yeni-versiyasi-geekbench-testlerinden-kecib
    Huawei şirkətinin bilinməyən smartfonunun render fotoları təqdim edilib
    huawei-sirketinin-bilinmeyen-smartfonunun-render-fotolari-teqdim-edilib
    Huawei MateBook D16 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ
    huawei-matebook-d16-2024-noutbuku-teqdim-edilib-qiymeti
    Huawei MatePad Pro 11 (2024) planşeti təqdim edilib - QİYMƏTİ
    huawei-matepad-pro-11-2024-planseti-teqdim-edilib-qiymeti