main-post-cover

    Huawei P Smart (2019) smartfonunun texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    13.12.2018
    Emil Nəcəfov
        Huawei şirkətinin yeni smartfon modeli P Smart (2019) Fransanın Boulanger adlı məşhur internet saytında ortaya çıxıb. Lakin smartfon barədə olan məlumatlar tez bir zamanda silinib. Buna baxmayaraq məşhur insayder Roland Quandt həmin məlumatları ortaya çıxartmağa nail olub. Beləliklə məlumatlara əsasən Huawei P Smart (2019) modeli 2340x1080 piksel keyfiyyətli 6.2 düym ekranla təchiz olunacaq və ekran üzərində V şəkilli çıxıntı hissə olacaq.

        Bundan əlavə olaraq smartfon Kirin 710 prosessoruna, 3 GB RAM-a, 64 GB daxili yaddaş həcminə, 3400 mAh enerji tutumlu batareyaya, 13 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahib olacaq. Huawei P Smart (2019) EMUI 9 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun əsas özəllikləri sırasında isə ənənəvi 3.5 mm-lik audiogiriş və Google Pay ödənişlərinin reallaşdırılması üçün NFC modulu olacaq. Çox güman ki, Huawei P Smart (2019) modelinin təqdimatı yaxın günlərdə baş tutacaq. Onun Avropadakı qiyməti isə 250 avro təşkil edəcək.

    Linki kopyala