
Huawei şirkəti Mate 30 RS Porsche Design modelinin olacağını təsdiqlədi
Elm & Texnologiya
16.09.2019
Emil
19 sentyabr tarixində Huawei şirkəti yeni Mate 30 və Mate 30 Pro smartfon modellərini təqdim edəcək. Lakin həmin təqdimat tədbirində bu smartfonlar yeganə modellər olmayacaqlar. Belə ki, şirkətin öz Twitter hesabında təqdim etdiyi tizer ilə o təsdiq edib ki, təqdimat tədbirində daha bir Mate 30 modeli təqdim ediləcək. Söhbət, Huawei Mate 30 RS Porsche Design modelindən gedir. Bu barədə Gagadget saytı xəbər verib.

Bu, Mate seriyasının ənənəvi flaqman modelidir hansının ki, dizaynı Porsche Design studiyası ilə birlikdə hazırlanır. Mate 30 və Mate 30 Pro modellərinin arxa kameraları dairəvi sahənin daxilində yerləşəcəkləri halda Mate 30 RS Porsche Design modelinin arxa kameraları şaquli şəkildə yerləşdiriləcək. Bununla yanaşı bu modeldə daha yüksək yaddaş göstəricisinin və tamamilə fərqli gövdə materialına sahib olacağı gözlənilir. Təbii ki, Mate 30 RS Porsche Design modelinin qiyməti də bir xeyli yüksək olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
