main-post-cover

    Huawei şirkəti məşhur tətbiqlərin öz smartfonlarına yüklənməsinin alternativ üsulunu təqdim etdi

    Elm & Texnologiya
    20.03.2020
    Farid Pardashunas
        Huawei şirkətinin yeni smartfonları AppGallery adlı tətbiqlər mağazasına sahibdirlər. Bu mağaza isə Google Play-in analoqu qismində çıxış edir. Lakin bəzi tətbiqlər Huawei şirkətinin ekosistemindən kənarda yerləşirlər. Buna görə də şirkət öz istifadəçilərinə kənar tətbiqləri yükləmək üçün yeni üsulu təqdim edib. Belə ki, istifadəçi lazımi tətbiqi APK faylların axtarışı üçün olan xüsusi kataloq vasitəsilə sürətli şəkildə yükləyə bilər.
        Bu barədə Huaweiupdate.com saytı xəbər verib. Huawei AppSearch servisi çalışma zamanı GMS tələb etməyən tətbiqlərin yüklənməsi imkanını verir. Bu servis istifadəçiyə xüsusi kataloqu təqdim edir və həmin kataloq lazımi tətbiqlərin yüklənmə paketlərini özündə əks etdirən saytları özündə birləşdirir. Beləliklə istifadəçi öz smartfonuna Google Chrome, Whatsapp, Instagram, Youtube və digər tətbiqləri yükləyə bilər. Servis artıq Huawei istifadəçiləri üçün aktivdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər