Logo
    main-post-cover

    Huawei şirkəti öz smartfonları üçün Moto Mods analoqu üzərində çalışır

    Elm & Texnologiya
    26.08.2019
    Emil
         Motorola brendi daha öncədən Moto Z smartfon seriyasında Moto Mods adlı ayrı-ayrı modulları təqdim edərək təcrübi proqram keçirtmişdi. Qeyd etmək lazımdır ki, Moto Mods modulları smartfonların imkanlarını genişləndirməyə imkan verirdi. Görünür, yaxın zamanda Huawei şirkəti də bu cür konsepsiyanı təqdim edəcək. Belə ki, internetdə Huawei smartfonları üçün dəyişdirilə bilən modullar barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Androidauthority saytı xəbər verib.
         Bluetooth SIG sertifikatlaşdırma mərkəzinin məlumatlar bazasında Huawei şirkətinin anons edilməmiş smart cihazları barəsində məlumatlar əks edilib. Motorola brendinin smartfon modullarından fərqli olaraq Huawei şirkətinin modulları smartfona maqnit texnologiya vasitəsilə deyil, naqilsiz Bluetooth protokolu vasitəsilə qoşulacaq. Məlumatlarda istifadəçi səhhətinin yoxlanılması üçün nəzərdə tutulmuş cihazlardan biri barəsində danışılır. Çəkinin, qanda qlükoza səviyyəsinin, arterial təzyiqin, ürək döyüntüsünün təzyiqinin və temperaturun ölçülməsi.
         Şirkətin bunun üçün istifadə edəcəyi cihazların adları da maraq doğurur: Audrey, Kelly, Elsa, Danube, Volga, Maxwell, Sulawesi Wagner. İnsayderlər əmindirlər ki, bu cür adları məhz smartfonlar üçün olacaq dəyişdirilə bilən modullar əldə edəcəklər. Smartfonların dəstəkləyəcəyi həmin modulların dizaynları və texniki göstəriciləri barəsində bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər