main-post-cover

    Huawei şirkətinin maliyyə direktoru pul girovu qarşılığında azadlığa buraxıldı

    Elm & Texnologiya
    12.12.2018
    Farid Pardashunas
        Kanadanın Britaniya Kolumbiyası vilayətinin ali məhkəməsi Huawei şirkətinin maliyyə direktoru Meng Wanzhou-nu girov müqabilində azadlığa buraxmağa razılıq verib. Bu barədə Bloomberg saytı xəbər verib. Beləliklə Meng Wanzhou 7.5 milyon dollar dəyərində girov müqabilində azadlığa buraxılıb. Sözügedən məbləği Meng Wanzhou-nun həyat yoldaşı və 4 keçmiş əməkdaşı ödəyiblər. ABŞ-a ekstradisiya edilmə üzrə məhkəmə qərarını isə Meng Wanzhou Vankuverdəki evində ev dustaqlığı şəklində gözləməli olacaq.
        Əgər məhkəmə qərarının çıxmasına kimi o, ölkədən qaçsa, məhkəmə əldə olunmuş girov məbləğini geri qaytarmayacaq. “Son 25 ildə mən çox çalışmışam və əgər məni azadlığa buraxsalar mənim etmək istədiyim tək şey öz həyat yoldaşım və qızımın yanında vaxt keçirtməkdir” – deyə Meng Wanzhou öz vəkili vasitəsilə məhkəmə hakiminə bildirib. Qeyd etmək lazımdır ki, Meng Wanzhou 1 dekabr tarixində ABŞ hökumətinin tələbi ilə Kanadanın Vankuver şəhərində həbs edilmişdi. O, ABŞ-ın İrana qarşı sanksiyaların olmasına baxmayaraq İran ilə əməkdaşlıqda günahlandırılır. Məsələ ilə bağlı növbəti məhkəmə prosesi 6 fevral 2019-cu il tarixinə planlaşdırılıb
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər