Huawei smartfon istifadəçilərini nələr gözləyir? (dəyərləndirmə)

Huawei smartfon istifadəçilərini nələr gözləyir? (dəyərləndirmə)

21.05.2019 PAYLAŞIM

    Bildiyimiz kimi son 2 gündür texnologiya dünyası Amerika və Çin arasında olan, şirkətlər tərəfində isə GoogleHuawei münasibətləri ilə silkələndi. Hər şey 16 May tarixli Donald Trump-ın ABŞ şirkətlərinin Huawei cihazlarından istifadəsinə qadağa qoyması ilə  başladı. Vəziyyət belə olunca texnologiya dünyasını sarsan qərar 4 gün sonra Google tərəfindən gəldi. Google açıqlamasında artıq Huawei-ə əməliyyat sistemi tərəfdən dəstəyini verməyəcəyini dilə gətirdi və əməkdaşlığı dayandırdı. Bu açıqlamadan sonra qlobal smartfon bazarının 20%-nə sahib olan Huawei istifadəçiləri bir anda smartfonlarında Android-in dəstəyinin dayancağından qorxmağa başladılar.    

    Google-a bir neçə saat ərzində gələn sorğular səbəbindən Android rəsmi Twitter səhifəsindən qoyulan qadağanın məhz yeni Huawei cihazlarına şamil olacağını bildirdi.    Bu açıqlamadan sonra artıq mövcud Huawei smartfonu istifadəçilərinin smartfonlarında hər hansı dəyişikliyin baş verməyəcəyi dəqiqləşdi. Yəni, əgər siz Huawei smartfonu istifadəçisinizsə, smartfonunuzda Google-un təqdim etdiyi servislərin hər birindən istifadə edə biləcəksiniz və tətbiqləri yeniləmək mümkün olacaq.  

    Ardınca gələn Huawei açıqlaması ilə də mövcud cihazlara gələcək təhlükəsizlik yenilənmələri də təsdiqini tapdı. Cihazlarda Google servislərinin dayanmayacağı təsdiq olunandan sonra istifadəçiləri düşündürən əsas sual isə Huawei flaqman seriyalarına Android yenilənmələrinin gəlib-gəlməyəcəyi oldu. Bu haqda heç bir rəsmi açıqlama olmadığı üçün hər kəs artıq Huawei-in Android yenilənmələri ilə vidalaşacağını düşünürdü.

    Bugün səhər saatlarında ABŞ Ticarət Depardamentinin aldığı yeni qərar isə məsələni bir qədər yumşaltdı. Yeni qərara əsasən Huawei şirkəti 19 Avqust tarixinə qədər yəni 90 gün müddət ərzində mövcud cihazlarını texniki və proqram tərəfindən təmin etmək üçün Amerika şirkətləri ilə işləyə biləcək.        Bu qərar isə ağıllara yenidən əsas sualı gətirdi. Huawei P və Mate seriyası yeni Android Q-nü ala biləcəkmi? Hal-hazırda qəbul olunan yeni qərara əsasən bu cihazların bu yenilənmələri almamaları üçün heç bir qadağa yoxdur. Google şirkətinin sözcülərinin 2 ay əvvəl etdikləri açıqlamaları nəzərə alsaq, yeni əməliyyat sisteminin hazırlanması üçün Huawei ilə xüsusi əməkdaşlıq edilirdi. Bütün bunları nəzərə alsaq 3 ay müddət ərzində Huawei yeni əməliyyat sistemini cihazlarına göndərə bilər. 

    Lakin gündəmdə qalan əsas məsələ hələ də aktuallığını saxlayır. Belə ki, yeni təqdim olunacaq Honor modelləri və qatlana bilən Mate X smartfonu üçün heç bir problem görünmür. Lakin, Huawei şirkətinin bu ilin payızında təqdim edəcəyi Mate 30 seriyası üçün əməliyyat sistemi hələ də sual altındadır. Şirkət ona verilən 3 ay müddətində problemləri həll etməli və mövcud cihazlarına dəstək göstərməlidir. Bu müddət ərzində ABŞ və Çin münasibətlərinin yumşalacağı təqdirdə bugün olduğu kimi qəbul edilmiş qərara dəyişikliyin əlavə edilməsi istisna edilmir.

    Yekun olaraq qəbul olunmuş qərar indi aktiv olan Huawei cihazlarına şamil olunmur. Mövcud cihazlar Google servislərindən istifadə edəcək və tətbiqlərini rahatlıqla yeniləyə biləcəklər. Lakin Huawei-in bazara təqdim edəcəyi yeni cihazların əməliyyat sistemi hələ də sual altındadır və şirkət bununla bağlı qısa zamanda qərar qəbul etməldiir.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..