ABŞ'ın ticarət nazirliyi Huawei şirkətinin lisenziyasını 3 aylıq bərpa edir
Elm & Texnologiya
21.05.2019
Farid Pardashunas
ABŞ hökuməti Çinin Huawei şirkətinə və onun strukturuna daxil olan digər şirkətlərə 19 avqust 2019-cu il tarixinə kimi müəyyən müddətlik lisenziya verib. Həmin lisenziya 90 gün üçün nəzərdə tutulub. Lisenziya vaxtının bitməsinə kimi şirkət öz cihaz və şəbəkələrinin dəstəklənməsi üçün ABŞ-dan təchizat alışını və istifadəsini reallaşdıra biləcək. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib. Buna baxmayaraq şirkətə yeni məhsulların yaradılması üçün ABŞ şirkətlərindən təchizat alışı hələ də qadağandır.
Bu lisenziya vasitəsilə şirkət yerli smartfonlar üçün yenilənmələrin təqdim olunmasını, şəbəkə və telekommunikasiya təchizatı xidmətlərinin göstərilməsini reallaşdıra biləcək. 16 may tarixində ABŞ-ın ticarət nazirliyi Huawei şirkətini qara siyahıya daxil etmiş və ona ABŞ hökumətinin xüsusi icazəsi olmadan yerli şirkətlərdən aparat və proqram təminatının alışını qadağan etmişdi.
Həmin qərardan sonra Google, Intel, Qualcomm, Broadcom və Xilinx kimi şirkətlər də Huawei ilə əməkdaşlığı dayandırdılar. Huawei şirkəti isə öz növbəsində söz verdi ki, Huawei ilə Honor brendlərinin istifadəçiləri təhlükəsizlik sistemi yenilənmələrini əldə etməyə davam edəcəklər. Şirkətin gələcəkdə satışa çıxaracağı cihazların aqibətləri isə hələki bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ