Huawei smartfonun səsli əmr vasitəsilə blokdan çıxarılması texnologiyası üzərində çalışır

Huawei smartfonun səsli əmr vasitəsilə blokdan çıxarılması texnologiyası üzərində çalışır

Texnologiya
20.12.2022 PAYLAŞIM

    Huawei şirkətinin yeni patenti smartfonlarda üz və barmaq izi skanını əvəz edə biləcək texnologiyanı əhatə edir. Belə ki, şirkətin yeni patentindəki texnologiya smartfonu səs vasitəsilə blokdan çıxartmaq imkanını təqdim edəcək. Ortaya çıxmış patent sənədində sözügedən texnologiyanın özəllikləri barəsində məlumat verilib. Beləliklə patent sənədindəki məlumatlara əsasən smartfonu səs vasitəsilə blokdan çıxartmaq üçün Huawei smartfondakı mikrofon əvəzinə naqilsiz qulaqlıqdan istifadəni təklif edir. Patent sənədində naqilsiz qulaqlığın smartfona qoşulması ardıcıllığı və səsli əmri təyin edən proses əks olunub. Səsin təyin edilməsi prosesi isə 3 mərhələdən ibarətdir:

- Smartfon səs nümunəsinin təqdim edilməsini təklif edir


- Naqilsiz qulaqlıq səs nümunəsini təyin edir və onu smartfona göndərir

- Smartfon səs nümunəsini qəbul edir və blok rejimini deaktiv edir.

    Patent sənədində həmçinin ikinci səsli əmr də qeyd edilib. Çox güman ki, ikinci səsli əmr smartfonun blokda olmadığı halda səsli köməkçinin unikal funksiyalarını işə salmaq üçün nəzərdə tutulub. Huawei şirkəti HarmonyOS əməliyyat sistemində və ya EMUI istifadəçi interfeysində səsli əmr vasitəsilə smartfonun blokdan çıxarılması funksiyasını hələ anons etməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×