Logo
    main-post-cover

    Hubble teleskopu yeni unikal qalaktikanı kəşf edib

    Elm & Texnologiya
    05.02.2025
    Emil
         Astronomlar LEDA 1313424 adlı yeni qalaktikanı kəşf ediblər. Bu qalaktika indiyə qədər müşahidə olunanlardan tamamilə fərqlənir. Onun mərkəzindən suya atılmış daşın yaratdığı dalğalar kimi doqquz ədəd halqa-spiral qolu yayılır, halbuki əksər qalaktikalarda bu cür strukturlar adətən iki və ya üç olur. Öz qeyri-adi görünüşünə görə qalaktika Bullseye ("Hədəf mərkəzi") ləqəbini əldə edib. Bu ləqəb xüsusilə simvolikdir, çünki onun mərkəzinə sanki bir ox kimi başqa bir qalaktika çırpılıb. Sözügedən qalaktika təsadüfən kəşf edilib. Astronomlardan biri işçi şəkillərdə qeyri-adi bir obyekt görüb və bu, daha ətraflı araşdırmaya səbəb olub.
         Müşahidələr Hubble kosmik teleskopu və Havay adalarındakı Keck adlı yerüstü rəsədxanası vasitəsilə aparılıb. Yerdəki teleskoplarla aparılmış araşdırmalar nəticəsində onuncu bir halqanın izləri də aşkar edilib, lakin ehtimal olunur ki, şəkil çəkilən vaxt bu halqa artıq dağılmaq üzrə idi. LEDA 1313424 qalaktikasındakı hər bir halqa ulduzların, qazın və tozun yüksək konsentrasiyaya malik olduğu bölgələri təmsil edir. Modelə əsasən, təxminən 50 milyon il əvvəl bu qalaktikanın mərkəzindən mavi cırtdan qalaktika keçib. Həmin qalaktikanı bu gün LEDA 1313424-ün mərkəzinin sol tərəfində görmək mümkündür. Bu iki qalaktikanı hələ də çox çətin görünən qaz və toz axını birləşdirir, lakin zamanla bu iz tamamilə yox olacaq.
         Hazırda astronomlar toqquşan qalaktikalarla bağlı çoxlu sayda fotoya sahibdirlər. Lakin LEDA 1313424-ün kəşfi ilk dəfə bir qalaktikanın başqa bir qalaktikanın tam mərkəzindən keçdiyini sübut edən tarixi bir hadisədir. Maraqlıdır ki, bütün toqquşan qalaktikaların əvvəllər yaradılmış təkamül modelləri LEDA 1313424-də müşahidə edilən ulduz maddəsinin məhz bu cür paylanacağını proqnozlaşdırmışdılar. LEDA 1313424 qalaktikası Süd Yolu qalaktikasından təxminən 2.5 dəfə böyükdür. Onun diametri 250 000 işıq ili təşkil edir. Qalaktikanın halqalardakı qaz və tozun yüksək konsentrasiyası ulduz yaranma prosesini sürətləndirib, bu da obyektin unikal strukturunu daha da vurğulayıb. Bu cür toqquşmalar kainatda müntəzəm olaraq baş verir, və ehtimal olunur ki, bu kimi qalaktikalar çoxdur.
    Mənbə: NASA
    Paylaş
    Bənzər xəbərlər
    horumcekleri-zombiye-cevire-bilen-yeni-nov-gobelek-askar-edilib
    Elm & Texnologiya

    Hörümçəkləri "zombi"yə çevirə bilən yeni növ göbələk aşkar edilib

    Alimlər yeni növ parazitar göbələyi təsvir ediblər. Bu göbələk mağara hörümçəklərini yoluxdurur və onların ölümdən əvvəl davranışlarını dəyişməyə məcbur edir. Bu nadir parazit ilk dəfə 2021-ci ildə BBC çəkiliş qrupu tərəfindən aşkar edilib.
    seti-alimleri-yadplanetli-izini-axtarmaq-ucun-milyon-kosmik-obyekti-yeniden-yoxlayib
    Elm & Texnologiya

    SETI alimləri yadplanetli izini axtarmaq üçün milyon kosmik obyekti yenidən yoxlayıb

    SETI layihəsi 60 ildən artıqdır ki, uzaq ulduzlardan gələn radiosiqnalları analiz edərək, Yer kürəsi xaricində sivilizasiyaların axtarışı ilə məşğuldur. Təəssüf ki, indiyə qədər yadplanetlilərin mövcudluğuna dair heç bir sübut tapılmayıb.
    marsda-suretli-seysmik-keciricilik-musahide-edilib
    Elm & Texnologiya

    Marsda sürətli seysmik keçiricilik müşahidə edilib

    NASA alimlərinin yeni araşdırması Mars mantiyasında seysmik dalğaların qeyri-adi dərəcədə yüksək keçiriciliyini üzə çıxarıb. Bu araşdırmada süni zəka mühüm rol oynayıb. Belə ki, o, Qırmızı Planetin səthinin 10 minlərlə görüntüsünü analiz edərək, yeni meteorit zərbəsi nəticəsində yaranmış kraterləri müəyyənləşdirib.
    cinliler-kosmosda-suni-fotosintez-sayesinde-oksigen-ve-raket-yanacagi-elde-edibler
    Elm & Texnologiya

    Çinlilər kosmosda süni fotosintez sayəsində oksigen və raket yanacağı əldə ediblər

    Keçən ay Çinin Tiangong adlı kosmik stansiyanda süni fotosintez üzərində aparılmış təcrübənin bir mərhələsi tamamlandı. Qeyd etmək lazımdır ki, süni fotosintez texnologiyası kosmosda raket yanacağının komponentlərini və nəfəs almaq üçün oksigen istehsal etməyə imkan verir.
    heyatin-yaranmasi-ucun-vacib-olan-komponentler-bennu-asteroidinin-numunelerinde-askar-edilib
    Elm & Texnologiya

    Həyatın yaranması üçün vacib olan komponentlər Bennu asteroidinin nümunələrində aşkar edilib

    Bennu adlı asteroiddən əldə edilmiş süxur nümunələri 2023-cü ilin sentyabr ayında uğurlu şəkildə Yer kürəsinə çatdırılmışdı. Nəticədə alimlər Yer kürəsində bioloji həyat növünün necə formalaşması mövzusunda tədqiqatlar aparmaq üçün əla imkan əldə etdilər.